Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə R.Rubinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Diplomatik Forum çərçivəsində Sərdar Kılıçla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı yaxşı müzakirə keçirildi”, – o qeyd edib.