Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb, işlərin böyük hissəsi tamamlanıb SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, terminalın layihələndirmə işlərinin 85 %-i, tikinti-quraşdırma işlərinin isə 72,4 %-i başa çatdırılıb. Astara stansiyasından İranla sərhədə qədər 8,3 km dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90 %-i başa çatıb. Astara Terminalında 2023-cü…
Daha çoxDay: April 11, 2025
Ali Məhkəmə qərar verib
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. SİA xəbər verir ki, işin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə…
Daha çoxBahar Muradova Astarada vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 aprel 2025-ci il tarixində Astara rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Komitədən məlumat verilib. Bildirilib ki, qəbul zamanı Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, işlə təminolunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki,…
Daha çoxİlham Əliyev Antalyada Ersin Tatarla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. SİA xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi. Ersin Tatar dövlət başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi…
Daha çoxDövlət Xidməti Astarada gənclər üçün tədbirlər keçirdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Astara rayonunda tədbirlər keçirilib. Əvvəlcə Astara rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. SİA xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər. Daha sonra Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Astara rayon İcra Hakimiyyəti…
Daha çoxParlament Cinayət Məcəlləsindəki dəyişikliyi III oxunuşda təsdiqləyib
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Cinayət Məcəlləsindəki dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək…
Daha çox“Zərifə Əliyeva sözün əsl mənasında Azərbaycan qadının simvoluna çevrilib”
“15 Aprel — Azərbaycan qadınının bariz siması, nümunəvi bir timsalı olan Zərifə xanım Əliyevanın növbəti anım günüdür. Biz Zərifə xanımı hər zaman böyük ehtiramla, sevgi ilə anırıq. O, sözün əsl mənasında həm sağlığında, həm də vəfatından sonra Azərbaycan qadınının simvoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Zərifə xanım nümunəvi davranışı, hərəkətləri, elmi fəaliyyəti, insanlara münasibəti, mərhəməti ilə çox fərqli bir qadın obrazı yarada bilmişdir: “Onun taleyinə, bəlkə də, dünya tarixində hər qadına nəsib olmayacaq qədər dəyərli bir bioqrafiya yazılıb. Bu da təsadüfi deyil. Zərifə…
Daha çoxAzərbaycanda televiziyalara yeni tələb qoyuldu
Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir. SİA xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının…
Daha çoxMilli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib
Milli Məclisdə Azərbaycanın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda teatr sahəsində dava-dalaş səngimir: “Görün, sənət cameəmiz nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb yenidən ölkəyə dəvət etsinlər”.
Daha çoxƏlət Azad İqtisadi Zonasında reallaşdırılan layihələrin növbəti addımları müzakirə edilib
Ələt Azad İqtisadi Zonasında investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, ərazidə reallaşdırılan layihələr, karqo hava limanının tikintisi üzrə görülən işlər müzakirə olunub. SİA xəbər verir ki, bu barədə müzakirələr Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclasında aparılıb. İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər. İclasda Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye müəssisələrinin qurulduğu, qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində mühüm nailiyyətlər əldə…
Daha çox