Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Prezident İlham Əliyev Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox

Türkiyə və Ermənistan nümayəndələri Antalyada münasibətlərin normallaşmasını müzakirə ediblər

Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə R.Rubinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Diplomatik Forum çərçivəsində Sərdar Kılıçla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı yaxşı müzakirə keçirildi”, – o qeyd edib.

Daha çox

Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldovanın Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, sənədə nazir Məcnun Məmmədov həmsədri olduğu Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilmiş 6-cı iclasında imza atılıb. Memorandum enerji sahəsində, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində…

Daha çox

Əziz Ələkbərli ədalətsizliyə qarşı çağırış etdi

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli xarici ölkə parlamentlərinin nümayəndələrini Ermənistandan didərgin salınan insanlarla bağlı ədalətsizliyə qarşı mübarizəyə çağırıb. SİA xəbər verir ki, Ə.Ələkbərli bu barədə 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə danışıb. O deyib ki, türk-müsəlman əhali XX əsrdə bir neçə dəfə sistemli şəkildə məcburi deportasiyaya məruz qalıb və hazırda Ermənistandakı dədə-baba torpaqlarında bir azərbaycanlı belə qalmayıb: “1987-91-ci illərdə sonuncu deportasiya dalğasında 300 mindən çox Azərbaycan türkü öz ata-baba yurdundan məqsədyönlü şəkildə didərgin…

Daha çox

Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, sənəddə baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Memoranduma bu gün Bakıda keçirimiş Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında imza atılıb.

Daha çox

“Proses böyük bir qarşıdurma üçün şərait yarada bilər”

“Ermənistanın son dövrlərdə, xüsusilə də son günlərdə mütəmadi olaraq sərhəddə atəşkəsi pozması sülh danışıqları prosesini təkcə zəiflətmir, hətta demək olar ki, arxa plana keçirə bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, belə bir vəziyyətin yaranması isə məncə, region üçün heç də yaxşı nəticələr vəd etmir: “Ermənistan bir tərəfdən sürətlə silahlanır, digər tərəfdən atəşkəsi pozur, başqa bir tərəfdən isə guya regiona sülh gətirmək istəyir. Paşinyan bir müddət öncə belə bir açıqlama ilə çıxış etdi ki, atəşkəsi pozanlarla bağlı tədbir görüləcək. Lakin hələ də belə tədbirlərin həyata keçirildiyi…

Daha çox

Trampın xüsusi nümayəndəsinin Rusiyada Putinlə görüşü gözlənilir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəsmi təmas üçün Rusiyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kreml Sarayının sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfər etdiyini bildirib. Peskov bildirib ki, Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşərsə, Kreml məlumat verəcək. Uçuş izləmə saytı Flightradar-ın məlumatına görə, Vitkoffun olduğu təyyarə səhər saat 10 radələrində Rusiyanın Sankt-Peterburq şəhərinə eniş edib. ABŞ-ın “Axios” xəbər saytı daha əvvəl müxtəlif mənbələrə əsaslanaraq Vitkoffun Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini bildirmişdi. Vitkoff və Putin martın 13-də…

Daha çox

Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilib

Bu gün Bakıda Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib. SİA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki tədbiri giriş sözü ilə Komissiyanın yerli həmsədri, nazir Məcnun Məmmədov açıb. O, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən nazir iqtisadi potensialı nəzərə alıb ticarət əlaqələrinin daha da şaxələndirilməsi, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımlar atılmasının vacibliyini qeyd edib. Həmsədr bildirib ki, birgə biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında…

Daha çox

Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyinə sabiq hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi, digər bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad olunması da daxil olmaqla ümumilikdə 22 məsələ daxil edilib.

Daha çox

“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək

“Azərsun Holdinq”in baş sponsorluğu ilə Bakıda, 2-4 May tarixlərində Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı təşkil olunacaq. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq. Bu ilki festival “Ənənədən Gerçəyə” şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir. Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik…

Daha çox