2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxDay: April 11, 2025
Zaur Mikayılov Şəmkirdə vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Şəmkirdə bu rayondan, eləcə də Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini…
Daha çoxBakıda Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
Bu ilin iyun ayında Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi gözlənilir. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib. “Bu platformadan istifadə edərək xarici tərəfdaşlarlarımızı forumda iştiraka dəvət edirəm. Tədbiri AZPROMO və İtaliyanın “The European House Ambrosetti” təşkilatı ilə birgə təşkil edəcək”, – deyə o qeyd edib. Y.Abdullayev əlavə edib ki, AZPROMO və onun Moldovadan olan tərəfdaşları arasında əməkdaşlıq ardıcıl və dinamik şəkildə inkişaf edir: “Son bir neçə il ərzində Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) və “İnvest Moldova”…
Daha çoxÖlkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək
Milli Məclis Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydasının dəyişdirilməsini ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “İcra haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış…
Daha çoxTramp əlavə tarifləri 90 gün təxirə saldığını açıqlayıb
ABŞ Prezidenti Donald Trampın Çin ilə artan gərginlik fonunda 2 apreldə elan etdiyi yeni gömrük tarifləri, ABŞ-da iqtisadi qeyri-müəyyənliyi artıraraq 29 trilyon dollarlıq ABŞ xəzinə istiqrazları bazarında ciddi satış dalğasına səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ənənəvi olaraq iqtisadi risklər zamanı “güvənli liman” sayılan bu istiqrazlara maraq azalıb, bu da qiymətlərin düşməsinə və faizlərin sürətlə yüksəlməsinə gətirib çıxarıb. 10 illik istiqraz faizi bir həftədə 40 bənd artaraq 4,51%-ə qədər yüksəlib, 2 illik və 30 illik faizlərdə də ciddi artım müşahidə edilib. Analitiklər bu vəziyyəti 2020-ci ildəki “nağd…
Daha çoxOmbudsman Aparatına 2 min 468 müraciət daxil olub
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin I rübündə uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, qəzalı vəziyyətdə olan ev və mənzillərlə bağlı müraciətlər daxil olub. SİA xəbər verir ki, Ombudsman Aparatının məlumatına görə, qaynar xəttə yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2468 zəng daxil olub. Bildirilib ki, müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir. Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə…
Daha çoxƏli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb. SİA-ya Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirildi. Tərəflər dünən Bakıda açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunublar, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığını diqqətə çatdırıblar. Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlandı. Bu cür tədbirlərin…
Daha çoxAzərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 7 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 853,6 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ilk rübü ilə müqayisədə 6,9 % çoxdur. Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,9 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.…
Daha çoxBritaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, – paylaşımda qeyd edilib.
Daha çoxMüğənnilər niyə toyda fonaqrama oxuyurlar?
Yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik: – Niyə müğənnilərimiz fonaqramaya maraq göstərir? Onlarda fonaqrama xəstəliyi nədən qaynaqlanır? – Fikirləşmirəm ki, bu, acınacaqlı haldır. Müasir musiqidə, sənətdə bu, normal haldır. Teatr kinoya çevrildi. Kino özü böyük bir fonaqrama deyil? Niyə, bu hal musiqidə olanda o dəqiqə qısqanclıqla yanaşırıq? Şeirimizin atası Füzuli deyirdi ki, aldanma şair sözünə, əlbəttə ki, yalandır. Yüksələn sənət özündə çox şirin yalanları ehtiva edir. Sənət harmoniyaya xidmət edir. Sənət insanlara enerji verir, həyatın şirinliyini onlara yeridir. Ona görə ki, insanlar harmonik cəmiyyətdə birgəyaşarlığı etsinlər. Yoxsa, hamımız…
Daha çox