MM nisyə mal alıb satanları kredit bürosuna məlumat vermək öhdəliyindən azad edib

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Kredit büroları haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit bürosuna ümumiyyətlə məlumat təqdim etməyəcəklər. İndiyə qədər bu öhdəlik təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda var idi.

Daha çox

Mövsümündən əvvəl çiyələk yeməyin nə kimi zərərləri var?

“Aprel-may ayları çiyələyin artıq bazarlarımızda piştaxtaları bəzədiyi vaxtdır. Mövsümündə yetişən çiyələk daha çox günəş şüası alaraq təbii şəkildə yetişir və pestisidlərə daha az ehtiyac duyulur. Bu səbəbdən həm vitamin baxımından zəngin, həm də dad baxımından təbii olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, mövsümdən kənar meyvələr əsasən ya istixanalarda süni şəraitdə, ya da uzaq ölkələrdən gətirilərək satılır: “Bu da bir neçə problem yarada bilir. Süni yetişmə prosesində daha çox kimyəvi maddələr istifadə oluna bilir. Uzaqdan gətirilən meyvələr yığılarkən tam yetişməmiş olur və bu…

Daha çox

ADY-nin yeni elektron xidmət portalı istifadəyə verilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib. SİA bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, innovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün aşağıdakı 5 xidmət istiqamətini əhatə edir: vətəndaş müraciətlərinin elektron qəbulu – Fiziki şəxslər fərdi müraciətlərini (şikayət, təklif və ərizə) elektron qaydada göndərə bilərlər. Hüquqi şəxslər isə…

Daha çox

Qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsi son oxunuşda qəbul edilib

Milli Məclis qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında”…

Daha çox

Qəzzada ölənlərin sayı 50 912 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 912 nəfərə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlar nəticəsində 23 nəfərin həyatını itirdiyi, 106 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda həyatını itirən 6 nəfərin cəsədinin tapıldığı da bildirilib. İsrailin martın 18-də atəşkəsi pozmasından sonra 1542 nəfərin həyatını itirdiyi, 3940 nəfərin yaralandığı qeyd edilib. Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına…

Daha çox

Elektromobillər üçün enerji doldurucusu istehsalına lazım olan mallar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların idxalı gömrük rüsumundan azad edilib. Söhbət elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerindın gedir. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və…

Daha çox

Yeni dünya nizamında qlobal miqyasda Azərbaycanın rolu

Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan bu gün çox az ölkələrdəndir ki, dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Ölkəmizdə tez-tez keçirilən qlobal miqyaslı forumların da əsas məqsədi və hədəfi bu istiqamətdə beynəlxalq aləmə çağırışlar etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. ADA Universitetində aprelin 9-da keçirilən “Yeni dünya nizamına doğru”…

Daha çox

Azərbaycanda “Mühəndis Soltan Kazımov” gəmisi suya salınıb

Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) sifarişi ilə inşa olunan “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb. SİA bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən xəbər verir. Məlumata əsasən, bu gəminin layihələndirilməsi “Damen Shipyards Gorinchem B.V.” (“damenshipyards”) şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilib. Gəminin inşası 100 % başa çatıb. Qalan sınaq işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Azərbaycanda ilk dəfə Bakı Gəmiqayırma Zavodunda inşa edilən dibdərinləşdirən gəminin ümumi uzunluğu 61.20 metr, gövdənin uzunluğu 49.30 metr, ümumi eni 10.50…

Daha çox

Cənubi Koreyanın keçmiş prezidenti şəxsi iqamətgahına köçüb

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol vəzifəsindən uzaqlaşdırıldıqdan bir həftə sonra rəsmi prezident iqamətgahından şəxsi iqamətgahına köçüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Konstitusiya Məhkəməsinin elan etdiyi hərbi vəziyyətə görə vəzifəsindən uzaqlaşdırılan keçmiş Cənubi Koreya prezidenti Yoon Suk Yeol bir həftə sonra rəsmi prezident iqamətgahından şəxsi iqamətgahına köçüb. Prezident iqamətgahını tərk edən Yoon Suk Yeol prezident iqamətgahı qarşısında gözləyən yüzlərlə tərəfdarı ilə görüşüb. Yoon Suk Yeol ona sevgi göstərən tərəfdarlarını bir-bir salamlayarkən emosional anlar yaşayıb. Tərəfdarları ilə xatirə şəkli də çəkdirən Yoon Suk Yeola tərəfdarı tərəfindən…

Daha çox