Naxçıvanda quş qripinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilib

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, aprelin 7-dən 11-dək muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklar, su anbarları, çay sahili zonaları və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin…

Daha çox

Energetika naziri Ucarda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Ucarda vətəndaşları qəbul edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Ucar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, enerji verilişində fasilələr, mühafizə zonaları, keyfiyyət göstəriciləri, borc və cərimələr, naqillərin, dirəklərin və transformatorların istismar vəziyyəti, yeni transformatorun, elektrik və qaz sayğaclarının quraşdırılması, qaz təchizatı, işlə təminat, eləcə də təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ucar, Ağcəbədi, Zərdab, Kürdəmir,…

Daha çox

Azərbaycan banklarına dövlət rüsumuna dair təlimat verilib

Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı əlimat verilib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirlik, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel…

Daha çox

Parlament Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib

Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb. Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov…

Daha çox

Harvardlı alim Marsda sivilizasiya olduğunu deyir…

Con Brandenburq sübut təqdim edib… …Marsda qədim sivilizasiya nüvə müharibəsi nəticəsində məhv edilib. Bu, elmi fantastika filminin süjeti kimi səslənə bilər, lakin Harvard Universitetinin alimi Con Brandenburq bu fəlakətli hadisənin həqiqətən baş verdiyinə inanır. Və bu hadisənin sübutunu indi Marsda tapmaq olar. SİA-nın məlumatına görə, bunu Daily Mail yazır. Qeyd edək ki, Brandenburqun qəribə nəzəriyyəsi hələ 2014-cü ildə ortaya çıxıb. Məhz o zaman alim Mars planetinin qırmızı rənginin termonüvə partlayışından qaynaqlana biləcəyini ilk dəfə irəli sürüb. Alim bildirib ki, Qırmızı planetin səthindəki kimyəvi elementlər Yerdəki…

Daha çox

Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına qazandırılmasına da töhfə verir. SİA xəbər verir ki, bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi imkanlar barədə…

Daha çox

MM Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib

Milli Məclis Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənədlər müzakirə olunub. Layihəyə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim…

Daha çox

“Putin çox yaxşı başa düşür ki, onun demək olar ki, vaxtı yoxdur”

Rusiyada iqtisadi vəziyyət getdikcə çətinləşir… …Vladimir Putin hazırda Ukraynaya qarşı müharibəsində payı maksimuma çatdırır, lakin o, yaxşı bilir ki, Rusiya iqtisadiyyatındakı ciddi problemlər səbəbindən məqsədlərinə çatmaq üçün vaxt məhduddur. SİA-nın məlumatına görə, bu fikirləri OBOZ.UA-ya müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri Vladimir Oqrızko deyib. …Oqrızko izah edib ki, Putin Rusiyada iqtisadi vəziyyət getdikcə ağırlaşdığı üçün vaxt udmağa, atəşkəsə nail olmağa və ya müharibəni dayandırmağa çalışır. …Görünür, Putin payı həddindən artıq həddə çatdırır. O, bütün dörd regionun və Krımın beynəlxalq…

Daha çox

Bank “BTB”-nin maliyyə göstəricilərində müsbət artım dinamikası davam edir

Bank “BTB”-nin 1-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb. Ötən illin müsbət dinamikası bu dəfə də bankın bütün göstəriciləri üzrə artmaqdadır. Beləliklə, 2025-ci ilin ilk 3 ayı ərzində bankın xalis mənfəəti 814 min manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin 3 ayının yekunları ilə müqayisədə 14% artaraq 3.3 milyon manat, qeyri-faiz gəlirləri 40% artaraq 1.5 milyon manat, xalis əməliyyat mənfəəti isə 28% artaraq 1.2 milyon manat təşkil etmişdir. Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025-ci ilin əvvəlində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti…

Daha çox

Milli Məclis Vergi Məcəlləsində və digər 10 qanunda dəyişikliyi təsdiqləyib

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır. Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq…

Daha çox