İran lideri ABŞ-la birbaşa danışıqlara razıdır

İranın ali dini lideri Ayətullah Əli Xamenei dolayı danışıqların uğurlu olacağı təqdirdə ABŞ prezidenti Donald Trampın administrasiyası ilə birbaşa dialoqa icazə verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. …Bir neçə saatlıq müzakirələrdən sonra Xamenei güzəştə getdi. O, əvvəlcə dolayı yolla vasitəçi vasitəsilə danışıqlara icazə verdi, sonra hər şey yaxşı olarsa, amerikalı danışıqlarçılarla birbaşa təmaslara icazə verdi, – bəyanatda deyilir. Nəşrin yazdığına görə, İran lideri bu qərarı digər yüksək vəzifəli məmurların təzyiqi altında qəbul edib, onların çoxu ABŞ-la mümkün müharibə və kəskinləşən iqtisadi böhranı İslam…

Daha çox

Salyanda ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət orqanları – o cümlədən Salyan rayon polis şöbəsi və rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı reyd keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, antisanitar şəraitdə, küçələrdə, yol kənarlarında ət satışı məntəqələrində yoxlamalar aparılıb. Nəzarət tədbiri zamanı ət satışı məntəqələrində bir sıra pozuntular aşkarlanıb. Qanunsuz metal konstruksiyalar, tağlar sökülüb. Qanunvericiliyin tələblərini pozan ət satışı fəaliyyəti ilə məşğul…

Daha çox

Azərbaycanın geosiyasi mövqeyi və yeni dünya nizamındakı rolu

Prezident İlham Əliyev 2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxışla Azərbaycanın geosiyasi mövqeyinin və regional proseslərdəki həlledici rolunun əsas konturlarını bir daha ortaya qoydu. Onun çıxışı həm regional əməkdaşlıq, həm də beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın artan əhəmiyyətinə dair geniş və əhatəli baxış təqdim etdi. Prezident çıxışında vurğuladı ki, Azərbaycanın formalaşdırdığı xarici siyasət strategiyası onun yerləşdiyi coğrafiya və tarixi inkişaf yolu ilə sıx bağlıdır. Azərbaycanın həm Şərq, həm də Qərb mədəniyyətinə aid olması, onu müxtəlif regionlar arasında körpü rolunu oynayan unikal bir…

Daha çox

İrlandiya Kursk bölgəsindəki vəziyyətdən dəhşətə gəlib…

…İrlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində rus qoşunlarının azad etdiyi Kursk vilayəti ərazisində çoxlu sayda ölən ukraynalı əsgərin cəsədlərinin atılmış vəziyyətdə qalması barədə məlumatı emosional şəkildə şərh edib. …Bütün bir Ukrayna bölməsinin çürümüş cəsədləri Kursk vilayəti ilə sərhədə atılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Bouz yazıb. O, həmçinin qeyd edib ki, bir neçə yüz min ukraynalı hərbçi itkin düşənlər siyahısındadır ki, onların qohumları qanuni ödənişlər almasınlar. …Bundan əvvəl “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Apti Alaudinov məlumat vermişdi ki, Rusiya hərbçiləri həlak olan ukraynalı əsgərlərin cəsədlərini…

Daha çox

KOB-ların maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 7-ci qrant müsabiqəsini elan edib. SİA agentliyə istinadən xəbər verir ki, müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq elan olunub. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər…

Daha çox

İqtisadi Şuranın növbəti iclası keçirilib

Aprelin 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makrofiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan OMBÇ, 2026-cı il və sonrakı üç il…

Daha çox

Ukraynanın Sumı vilayətində əhalinin təxliyəsi davam edir

Ukraynanın Sumı vilayətində əhalisi təxliyə edilən yaşayış məntəqələrinin sayı artırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Sumı Polis İdarəsinin rəisi Vladimir Artyux müvafiq qərarın regional Müdafiə Şurasının iclasında qəbul olunduğunu bildirib. “Müdafiə Şurasının son iclasında əhalisi təxliyə edilməli olan yaşayış məntəqələrinin sayını artırmaq qərarına gəldik. Bunlar Rusiya ilə sərhəddən 17 kilometr məsafədə yerləşən və intensiv atəşə tutula bilən məntəqələrdir”, – deyə Artyux vurğulayıb. O deyib ki, ümumilikdə Sumı vilayətinin 199 yaşayış məntəqəsi təxliyə planına daxil edilib. Rusiya ilə sərhəddən 5 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin əhalisi demək olar ki,…

Daha çox

“Odlar Yurdu Sığorta Brokeri”nin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanı ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar aprelin 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv olunub.

Daha çox

“Mən forumda iştirak etməkdən çox xoşbəxt oldum”

“9 aprel ADA universitetində “Yeni dünya nizamnaməsi ” ilə əlaqədar beynəlxalq forum keçirildi. Cənab Prezidentində iştirak etdiyi bu forumda fərqli mövzularla bağlı suallar verildi. Prezident bu sualları çox səmimi şəkildə cavablandırdı. İlk növbədə cənab Prezidentin 3 saatdan çox davam edən forumda tükənməyən enerjisini gördük”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycan arasındakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. Onun sözlərinə görə, həmçinin Prezident İlham Əliyevin biliyinə bələd olduq: “Onun fikirlərini ifadə etməyini və sərbəst ingiliscə danışmağına şahid olduq. Məndə bu forumda iştirak etməyimdən çox xoşbəxt oldum. Forumda…

Daha çox

Qadın yeni doğulmuş körpəsini namaz otağına qoyaraq yoxa çıxıb

Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş uşağını atmış qadını axtarır. SİA-nın məlumatına görə, bu barədə mk.ru respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, aprelin 10-da naməlum şəxs zərfdə körpə ilə şəhər xəstəxanalarından birinin namaz otağına daxil olub. O, dəstəmaz alarkən uşağa baxmaq üçün orada olan başqa bir qadına tapşırıb. …Və bundan sonra o, naməlum istiqamətdə yoxa çıxıb. Uşağa baxan şəhər sakini körpənin atıldığını biləndə polisə müraciət edib. Əvvəllər Qaraçay-Çərkəzdə uşaq nikahdankənar doğulduğu və ailəni və ananın özünü rüsvay edə bildiyi üçün qadını tibbi yardım olmadan…

Daha çox