Nazirlər Kabineti 30 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyişikliyin mahiyyəti açıqlanmayıb.
Daha çoxDay: April 11, 2025
Fabrikə basqın zamanı yüzdən çox qeyri-qanuni miqrant tapılıb…
…Polis əməkdaşları hərbi müstəntiqlərlə birlikdə Moskva yaxınlığındakı Reutovdakı istehsalat zavodunda reyd keçirib. SİA-nın məlumatına görə, REN TV xəbər verir ki, əməliyyat zamanı yüzdən çox qanunsuz miqrant müəyyən edilib. Telekanalın məlumatına görə, ziyarətçilər müəssisə binasında özləri üçün müvəqqəti evlər qurublar. Rusiya Federasiyası İstintaq Komitəsinin Balaşixa Qarnizonu üzrə Hərbi İstintaq İdarəsinin rəisi Yuri Zimoninin verdiyi məlumata görə, Rusiyaya gələn və müvafiq sənədləri olmayan əcnəbilər daxili işlər orqanlarına aparılıb. Sənədləri qaydasında olan saxlanılanlar yerindəcə buraxılıblar. O da məlum olub ki, 30-dan çox şəxs Rusiya pasportu alıb, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməyiblər. Onlara…
Daha çoxToy karvanında qaydaları kobud pozan sürücülər məsuliyyətə cəlb edilib
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb. SİA xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla, 500 manat məbləğində cərimə olunub.…
Daha çoxAzərbaycan-Moldova biznes forumu keçirilib
Bakıda Azərbaycan-Moldova Biznes Forumu keçirilib. Forumda Moldovanın və Azərbaycanın iş adamları, biznes qurumlarının nümayəndələri, dövlət və hökumət təmsilçiləri iştirak edib. SİA xəbər verir ki, forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə həyata keçirilən iqtisadi islahatlardan danışaraq nəzərə çatdırıb ki, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına imkan verir ki, bundan da səmərəli istifadə etmək lazımdır. Nazir ölkəmizin qanunvericiliyi, biznes mühiti barəsində ətraflı məlumat verib və moldovalı iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb. Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea çıxış edərək…
Daha çoxTürkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir – YENİLƏNİB
Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir – YENİLƏNİB
Daha çox“Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktik konfrans…
Ağstafada Rayon İcra Hakimiyyəti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktik konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub. “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitab barədə məlumat verilib. Çıxışlar zamanı vurğulanıb ki, Qərbi Azərbaycan torpaqları azərbaycanlıların əzəli dədə-baba yurdudur. Tarix boyu soydaşlarımızın bu torpaqlarda dəfələrlə deportasiyaya məruz qaldıqları bildirilib. Azərbaycan dövlətinin Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsini xüsusi diqqətdə saxladığı qeyd edilib, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının tarixi…
Daha çoxQarşılıqlı inamsızlıq, yoxsa…
Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionundakı vəziyyətə kökündən fərqli baxışlara malikdir Bu gün Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla sülh danışıqları davam etdirilir. Sülh gündəliyi Azərbaycanın səyləri nəticəsində addım-addım irəliyə aparılır. Ermənistan münaqişə mərkəzi olmaq qədər həvəsli görünür, ya da bunu bəzi beynəlxalq güclərin təhriki ilə edir. Sülh prosesinin bir addımlığında sərgilənən mövqe bir daha Qərb dairələrinin bölgədə sabitlik istəmədiklərini açıq göstərir. Ermənistanın silah tədarükü, şərti sərhədlərimizə topladığı casus şəbəkəsi regiondakı mürəkkəb problemlərin həllini daha da çətinləşdirir, sülhə ağır zərbə vurur. Bu gün Azərbaycan hakimiyyətinin Cənubi Qafqaza sülh gətirmək istəyinə…
Daha çoxPutin üçün prinsipial əhəmiyyət kəsb edən məsələ…
…Rusiya prezidenti Vladimir Putin yaxın 10 il ərzində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilərin tikintisinə 8,4 trilyon rublun xərclənməsinin planlaşdırıldığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. O, Hərbi Dəniz Qüvvələrinin inkişafına dair iclasda gözlənilən xərcləri açıqlayıb və qeyd edib ki, tədbirdən əvvəl bu mövzunu Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovla ayrıca müzakirə edib. …Dövlət silahlanma proqramı tərtib edilərkən bu vəsait nəzərə alınmalıdır, – deyən dövlət başçısı bunun prinsipial əhəmiyyət kəsb edən məsələ olduğunu bildirib. Əli Babayev
Daha çoxMaliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib
Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcəkdir. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında…
Daha çoxYeni dünya nizamında Azərbaycanın yeri və mövqeyi danılmazdır
9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum, dünya gündəminin aktual məsələlərinin müzakirə edildiyi mühüm platformaya çevrildi. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin beynəlxalq siyasətdə artan roluna, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə, eləcə də postmünaqişə dövründəki yeni çağırışlara dair bir sıra mühüm fikirlər səsləndirdi. Prezidentin çıxışı zamanı xüsusi vurğulanan məqamlardan biri, artıq yeddinci dəfədir ki, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin Azərbaycanda toplaşaraq qlobal gündəliyin əsas məsələlərini müzakirə etmələri oldu. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun və dialoq mərkəzi kimi qəbul edilməsinin…
Daha çox