Naxçıvanda quş qripinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilib


Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, aprelin 7-dən 11-dək muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklar, su anbarları, çay sahili zonaları və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına müayinə edilməsi üçün göndərilib. Həmçinin həmin müddətdə muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb. Muxtar respublika üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilib.

Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil edilib.

Əlaqəli Xəbərlər