Aprel döyüşləri” adlı tədbir keçirilib


Azərbaycan Dövlət Iqtisad Universitetində Türk Dünyası İqtisad fakültəsi, Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel döyüşləri” adlı tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak etmiş hərbçi və qazilər iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Dövlət Himni səslənib, Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənilib.

Türk Dünyası Gənclər Təşkilatının sədr müavini Ziyad Ağayev və universitetin Türk Dünyası İqtisad fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən, eyni zamanda, universitetin Vətən uğrunda şəhid olan tələbələrindən bəhs ediblər. Qeyd olunub ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.

Aprel və Zəfər döyüşlərinin iştirakçıları – Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, Vətənin azadlığı uğrunda mübarizədə yüksək döyüş ruhundan bəhs ediblər.

Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyinin müəllifi Aida Eyvazlı Göytürk 2016-cı il aprelin ilk günlərində başlanan döyüşün Vətən müharibəsində qazanılan böyük Zəfərin müjdəçisi olduğunu bildirib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa edib.

Əlaqəli Xəbərlər