Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 % artıb


Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 42 müraciətə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 % çoxdur.

Son 1 ildə təmin olunmuş müraciətlərin sayı isə 20 % artaraq 12 olub.

“Reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır”, – məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər