Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib. SİA xəbər verir ki, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib. Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.
Daha çoxDay: April 10, 2025
Ev telefonlarına maraq niyə azalıb? – EKSPERT FİKRİ
Ev telefonlarına maraq niyə azalıb? – EKSPERT FİKRİ
Daha çoxNaxçıvanda I rübdə sahibkarlara 7 lisenziya verilib
Bu ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1 991 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.
Daha çoxYAP-ın nümayəndələri Türkiyəyə səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər. SİA xəbər verir ki, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Daha çoxAMB sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib
Bundan başqa, bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir: – hər bir bank üzrə sistem əhəmiyyətlilik indeksi hesablandıqdan sonra həmin indeks 420 baza bəndi ilə müqayisə olunur; – yekun sistem əhəmiyyətlilik indeksinin nəticələri 420 baza bəndi və bundan yüksək olan banklar sistem əhəmiyyətli bankların siyahısına daxil edilir. Sistem əhəmiyyətli bankların siyahısı hər il martın 1-nə qədər AMB-nin İH-nin qərarı ilə təsdiq edilir. Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən 5 iş günü ərzində bu barədə müvafiq banka və Maliyyə Nazirliyinə yazılı məlumat veriləcək və sistem əhəmiyyətli…
Daha çoxBaş prokurorun müavini Argentinada BPA-nın İcraiyyə Komitəsinin iclasında
Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 7-9 aprel tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq…
Daha çox“İnformasiya bolluğunun artması ciddi təhlükədən xəbər verir”
“İnternetin geniş əhatə dairəsinin olması, müxtəlif profillərdə meydana çıxması, xüsusən sosial şəbəkələrin maraq və cazibəsinin artması istər-istəməz telekanalları müəyyən dərəcədə üstələyir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bunun müsbət tərəfi odur ki, insanlar informasiyaya daha yaxındırlar: “Məlumat, informasiya öyrənmək, maariflənmək üçün geniş imkanlar yaranıb və sosial şəbəkələr müəyyən müsbət rol oynayır. Amma eyni zamanda, sosial şəbəkələrin dağıdıcı, müəyyən mənada keyləşdirici təsiri də var ki, bunlar xüsusi neqativlər siyahısındadır. İnformasiya bolluğunun artması, ümumiyyətlə, ciddi təhlükədən xəbər verir. Əgər biz bu informasiya bolluğunu tam şüurlu, səviyyəli,…
Daha çoxEIB Azərbaycanda “yaşıl layihə”lərə maraq göstərir
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda bərpa olunan enerji, “yaşıl hidrogen”, dayanıqlı nəqliyyat, bələdiyyə infrastrukturunun inkişafı, enerji səmərəliliyi və enerji şəbəkələrinin modernləşdirilməsi ilə bağlı layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib. Bu barədə SİA-ya EIB-dən məlumat verilib. Bankdan bildiriblər ki, Azərbaycan hidrogen ixracı, həmçinin günəş və külək enerjisinin inkişafı üçün böyük potensiala malikdir. “Təklif edilə biləcək maliyyələşdirmə mexanizmlərinə belə layihələrin uğurla həyata keçirilməsi üçün uzunmüddətli kreditlər, zəmanətlər və texniki yardım daxildir”, – EIB qeyd edib. Bankın prioritetləri arasında “yaşıl enerji”, enerji səmərəliliyi, rəqəmsallaşma, infrastrukturun dayanıqlı inkişafı və əlaqələrin genişləndirilməsi yer alır. “EIB Global”…
Daha çox“Bu, sadəcə mövqe deyil, həm də çağırış idi”
“ADA Universitetində keçirilən Beynəlxalq Forumda Azərbaycanın Prezidenti bir sıra məsələlərə toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Prezident mümkün yeni dünya nizamında bu nizamı təyin edən qlobal aktorlardan Azərbaycanın münasibətini şərh etdi: “Əslində yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulacağı ilə bağlı açıqlama, beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları konteksti ilə şərh etdi. Azərbaycan Prezidenti bu kontekstdə ABŞ, Almaniya, İsrail, Türkiyə, İran, Rusiya, Fransa və sair kimi ölkələrlə Azərbaycanın münasibətlərinə toxunaraq hazırda bu münasibətlər kontekstində regionumuzda mümkün yeni…
Daha çoxRafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Daha çox