EIB Azərbaycanda “yaşıl istiqrazlar”ın buraxılmasını nəzərdən keçirir

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda “yaşıl istiqrazlar”ın buraxılması imkanını nəzərdən keçirir. Bu barədə SİA-ya EIB-dən məlumat verilib. Bankda qeyd ediblər ki, EIB bütün dünyada “yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir. “Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə can atmasını, həmçinin bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırmasını nəzərə alaraq, “yaşıl istiqrazlar”ın buraxılması üçün EIB-dən maliyyə vəsaitinin cəlb edilməsi mümkündür. Lakin bunun üçün etibarlı normativ baza və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xətti yaradılmalıdır”, – məlumatda vurğulanıb. Xatırladaq ki, Azərbaycanda artıq bir…

Daha çox

Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Ölkə Prezidenti, eyni zamanda, belə bir çağırışı da etdi ki, əslində, ölkəmiz bu prosesin fəal iştirakçısı olmalıdır. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan yeni nizamı ədalətli nizam kimi görür. Aprelin 9-da ADA…

Daha çox

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq

“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir. Məlumata görə, müəssisəyə Parkda rezidentlik verilib. Bununla da rezidentlərin sayı 12-yə çatıb. Layihənin həyata keçirilməsi ilə Parkın enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma…

Daha çox

İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb. SİA xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilir

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasından dəvət edilmiş psixoloq tərəfindən “Psixologiyanın əsasları”, “Obsessiv-kompulsiv pozuntu”, “EMDR terapiya”, “Mənlik duyğusu” mövzularında iştirakçılara ətraflı məlumat verilir. Təlimdə psixoloji travmalar, onların yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək yolları,…

Daha çox

“Aqrar Biznes Festivalının keçirilməsi işğaldan azad olunmuş tormaqlara stimul verir”

“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağalı kəndində Aqrar Biznes Festivalı təşkil ediləcək. Bu kimi tədbirlərin işğaldan azad olunan torpaqlarda keçirilməsi bölgədə aqrar sahənin inkişafına stimul verir və bölgənin imkanlarını təbliğ edir. Eyni zamanda, Nazirlik tərəfindən bu sahədə aparılan işlər haqqında geniş məlumatların verilməsi, iş adamlarının və aqrar sektorda çalışan insanların maraqlanıb-öyrənmək istədiyi suallara cavab olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, 30 il işğal ərzində düşmənlərimiz bu bölgəni tamamilə dağıtmışdır: “Torpaqlarımız işğaldan azad olunan gündən cənab Prezident İlham Əliyevin tapşırığına əsasən bu regionda quruculuq-bərpa işləri…

Daha çox

IMF 2025-ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildən etibarən neft və təbii qaz qiymətlərinin tədricən azalacağını proqnozlaşdırır. SİA IMF-ə istinadən xəbər verir ki, 2025-ci ildə bir barel neftin orta qiyməti 78,6 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Növbəti illərdə bu qiymət azalacaq: 2026-cı ildə 73,5 ABŞ dolları, 2027-ci ildə 71,6 ABŞ dolları, 2028-ci ildə 70,6 ABŞ dolları təşkil edəcək, 2029-cu ildə isə 72 ABŞ dollarına qədər cüzi artım gözlənilir. Təbii qaza gəlincə, IMF-in hesablamalarına görə, 2025-ci ildə onun qiyməti 1000 kubmetr üçün 517,4 ABŞ dolları təşkil edəcək. Daha sonra davamlı azalma gözlənilir: 2026-cı ildə…

Daha çox

Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş olub

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib. SİA xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb. Bildirilib ki, bu, “Suriyada münaqişəsizlik” mexanizminin ilk texniki görüşü olub. “İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb”, – məlumatda qeyd edilib.

Daha çox

Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

Kamran Əliyev növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib. SİA xəbər verir ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında yekdilliklə qəbul olunmuş qərara görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib. Xatırladaq ki, Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 7-9 aprel tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak edib.

Daha çox

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda 1 614 737 vergi ödəyicisi olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5 % çoxdur. Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,6 %, hüquqi şəxslərin sayı 7,6 % artıb. Martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,2 % artaraq 193 780 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 %-i…

Daha çox