NİİM sürücüləri küçə və yollarda sıxlıq yaratmamağa çağırır

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Təəssüflər ki, həmin sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almağı və ya hadisə yerinə baxmağı ilə əlaqədardır. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. “Aprelin 10-da günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yolda da hər…

Daha çox

Hazır həyət evi almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?

“İnvestisiya baxımından əlverişli yerdə torpaq tapırıqsa və qanunvericiliyə uyğun şəkildə ev tikiriksə, adətən qazanc əldə olunur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, hazırda inşaat işləri xeyli bahalaşıb: “Bu baxımdan, bəzən köhnə evi almaq və onu bərpa etmək daha sərfəlidir. Çünki vaxtilə torpaq ucuz başa gəlib, inşaat da ucuz başa gəlib. Köhnə ev varsa, onun ərsəyə gəlməsi də ucuz başa düşüb”. Elnur Azadov sözlərinə belə davam edib: “Bəzən torpağın sahəsi elə olur ki, həm daha geniş, həm də əlverişli məkanda yerləşir. Bu isə…

Daha çox

anti-Azərbaycan siyasətin ifşası, reallığın təbliği

Prezident İlham Əliyevin Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünyada geniş rezonans doğurub. SİA xəbər verir ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin ADA Universitetində qatıldığı beynəlxalq forumda Prezident İlham Əliyevin söylədiyi fikirlər növbəti dəfə çoxşaxəliliyi ilə seçilib. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Bakının atdığı addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərdən tutmuş dünyada baş verən proseslərə qədər suallara üç saat ərzində çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verib. Əvvəlki forumlar da göstərib ki, Prezidentin iştirakı ilə keçirilən…

Daha çox

Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 % artıb

Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 42 müraciətə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 % çoxdur. Son 1 ildə təmin olunmuş müraciətlərin sayı isə 20 % artaraq 12 olub. “Reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır”, – məlumatda qeyd olunub.

Daha çox

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. “Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun. Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə…

Daha çox

AMB “Paysis”ə məcburi göstəriş verib

Azərbaycanın Mərkəzi Bankı (AMB) “Paysis” MMC-yə məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “Paysis”də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb. Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozması halı aşkarlanıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “Paysis”ə münasibətdə təshih tədbirləri tətbiq edilib.

Daha çox

Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

Nazirlər Kabineti “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nı və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bundan başqa, hökumət başçısı imzaladığı digər qərarla “Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət…

Daha çox

Çin alternativ ticarət yolları axtarışında

Amerika iqtisadi cəhətdən qeyri-sabitlik və təhlükəli mərkəzə çevrilir Çin açıq şəkildə, Donald Trampın təbirincə desək, onlar üçün daha yaxşı beynəlxalq ticarət şəraiti tələblərinə hazır olan vassal ölkələrin növbəsinə qoşulmaq istəmir. Buna görə də Amerika administrasiyası Çini ABŞ-la ticarət danışıqlarına razılıq verməyə inandırmağa başlayıb. Ticarət münaqişələrinin kəskinləşməsi təhlükəsi neftin qiymətini 59 dollar/barel həddindən uzaqlaşdırıb. Neftin qiymətinin aşağı düşməsinin qurbanları Rusiya və Səudiyyə Ərəbistanının büdcələri olub ki, bunun üçün balanslaşdırılmış büdcə yalnız 90 dollar/barel səviyyəsində əldə edilə bilər. İndi səudiyyəlilər yeni xarici kredit mənbələri axtarmağa məcburdurlar. Bunu analitiklər də təsdiq edirlər. ABŞ-ın…

Daha çox

Azərbaycan və İsveçrə bank sektorunda açıq bazar əməliyyatlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (SNB) arasında açıq bazar əməliyyatlarını müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun əməkdaşlarının SNB-yə təcrübə mübadiləsi səfəri baş tutub. Səfərin məqsədi müxtəlif pul siyasəti strategiyalarını, pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsini müzakirə etmək, həmçinin monetar əməliyyatlarla bağlı fikir mübadiləsi aparmaq olub. Səfər çərçivəsində AMB və SNB nümayəndələri arasında keçirilən görüşlərdə qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişiklər şəraitində pul siyasətinin effektiv həyata keçirilməsində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və onun maliyyə sabitliyinə təsirləri məsələləri müzakirə edilib,…

Daha çox

“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək “Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini – Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak…

Daha çox