Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində son hadisələrlə bağlı məlumat verib. Zelenski deyib ki, o, ABŞ-ın Rusiya ilə Çin vətəndaşlarını cəbhə xəttinə göndərmək barədə danışacağını gözləyir. Zelenski Rusiyanın Çin vətəndaşlarını sosial media vasitəsilə işə götürdüyünü və Çin rəsmilərinin də bundan xəbərdar olduğunu bildirib. Zelenski vurğulayıb ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ordusunda döyüşən çinli əsgərlərin adlarını, doğum tarixlərini və təyin olunduqları Rusiya hərbi hissələrini əks etdirən siyahılar hazırlayıb. Ukraynanın Rusiya ordusuna yeni cəlb olunanların Çindən təlimat alıb-almadığını qiymətləndirdiyini deyən Zelenski, “Çin məsələsi ciddidir” dedi. “Adları və…
Daha çoxDay: April 10, 2025
“İşğaldan azad olunmuş rayonlarımızda enerji stansiyalarının quraşdırılması çox vacibdir”
“Ümumiyyətlə transformator elektrik maşını olaraq elektrik enerjisinin gücünü sabit saxlamaqla, gərginlik pilləsini dəyişərək uzaq məsafəyə otürülməsi üçündür. Transformator yarımstansiyaları təyinatına görə iki yerə bölünür: yüksəldici və alçaldıcı. Generasiya gərginliyi yüksəldici yarımsatansiyada transformatorlarla ötürülən məsafəyə uyğun olaraq gərginliyin tələb olunan pilləsinə qədər yüksəldilir və elektrik verliş xətləri ilə təyinat yerinə çatdırılır və burada alçaldıcı yarımstansiyalarda işlədicilərin təlabatına uyğun gərginlik pilləsinə endirilir”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib. Onun sözlərinə görə, transformator stansiyasının quraşdırılması, adətən, bu tip energetik qurğularda hava xətti ilə ötürülən cərəyanın gücünün artırılması və…
Daha çox“İşlər kortəbii şəkildə yox, planlı şəkildə həyata keçir”
“”Böyük Qaydış”da işlər qüvvəsindədir. Məsələ burasındadır ki, onlar kortəbii şəkildə yox, planlı şəkildə həyata keçir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, digər tərəfdən də, dövlət başçısı Prezident İlham Əliyevin bu məsələyə birbaşa nəzarəti və diqqəti var: “Bu, ondan xəbər verir ki, vaxtında nəzərdə tutulan bütün işlərin hamısını görürük. Bir yandan Qarabağ bölgəsində və onun ətrafında azad olunmuş ərazidə quruculuq bərpa işlərini intensiv həyata keçirməklə, birincisi çoxillik həsrətinə son qoyuruq, arzularını yerinə yetiririk. Mərhələ-mərhələ onlar köçürlər. Demək olar ki, hər ay dövlət başçısı o regionların hamısına…
Daha çoxRusiya və ABŞ nümayəndə heyətləri İstanbulda görüşüblər!
ABŞ və Rusiya nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün ikinci dəfə İstanbulda görüşüb.ABŞ və Rusiya arasında səfirlik fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunacağı görüş çərçivəsində ABŞ nümayəndə heyəti saat 09:45-də Rusiyanın İstanbuldakı Baş Konsulluğuna gəlib.İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter rəhbərlik edir.Görüş bir çox türk və xarici mətbuat nümayəndələrinin böyük marağına səbəb olub. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce İstanbulda keçiriləcək ikinci iclasda yalnız “səfirlik əməliyyatları”nın müzakirə ediləcəyini, Ukraynanın təhlükəsizliyi və ya…
Daha çoxAd, soyad dəyişməklə banka borcu ləğv etmək olar?
“Şəxsin adı, soyadı, ata adı və identifikasiya məlumatlarının dəyişməsi onun öhdəliklərini, vəzifələrini və hüquqlarını heç bir halda məhdudlaşdırmır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib. Onun sözlərinə görə, bu halda şəxs ad, soyad, ata adını dəyişsə belə, köhnə kimliyindən qalan vəzifələri, öhdəlikləri və səlahiyyətləri yerinə yetirməlidir: “Bu, heç bir halda banka olan borcun ləğv edilə bilməsi anlamına gəlmir. Ümumiyyətlə, ad, soyad dəyişməsini vətəndaşlar Ədliyyə nazirliyinin qeydiyyat idarələrində və yaxud da mübahisə olarsa və qanunverici tələbinə uyğun olaraq məhkəmə qaydasında həyata keçirə bilərlər. Yəni insanın adından, soyadından imtina etməsi haqqıdır.…
Daha çoxGürcüstan parlamentinin sədri yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinə verdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib. SİA xəbər verir ki, Papuaşvili Azərbaycan Prezidentinin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirləri Gürcüstan-Azərbaycan dostluğunun təzahürü adlandırıb. “Bu, bizim dostlarımızla əlaqələrimizin nümunəsidir və eyni zamanda, başqalarından gözlədiyimiz, dəyər verdiyimiz dostluq münasibətidir. Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsasında da məhz bu prinsiplər dayanır. Bu, ilk dəfə deyil, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən isə xalqlarımızın mənafeyi naminə qarşılıqlı ehtiram nümayiş etdiririk”, – deyə Papuaşvili vurğulayıb.
Daha çoxAİ və NATO Ukraynaya qoşun göndərməyi müzakirə edir…
Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Aİ və NATO ölkələri “istəklilərin koalisiyası” formatında Ukraynaya qoşunların göndərilməsini monitorinq və ya sülhməramlıdan tutmuş, mümkün atəşkəsdən sonra missiyaya qədər bir formatda öyrənirlər. SİA-nın məlumatına görə, onun sözlərini TASS sitat gətirir. …Biz monitorinq missiyasına, sülhməramlı missiyaya, çəkindirmə missiyasına, gücləndirmə missiyasına baxırıq. Onun sözlərinə görə, müzakirələr davam edir. …Bir sıra ölkələr iştirak etməyə hazırdır, bəziləri isə yox. Amma əsas sual budur ki, sülh olarsa, bizə hansı qüvvə və imkanlar lazım olacaq. Bunu Kallas qeyd edib. … Bloomberg daha əvvəl bildirmişdi ki, Fransa və…
Daha çoxGüclü uşaq yetişdirməyin YOLLARI
Bir anlıq ilk dəfə valideyn olacağınızı öyrəndiyiniz və sonra uşaqlarınızı qucağınıza aldığınız günə qayıdın. Hansı xəyallarınız vardı, necə bir uşaqdır və onunla necə bir münasibət təsəvvür etmişdiniz? Bu gün övladınıza və onunla münasibətinizə baxanda nə görür və hiss edirsiniz? Uşaqlarınızı böyütmək üçün əlinizdən gələni etməyə çalışırsınız. Mükəmməl valideynlik yoxdur. Pis valideynlik deyə bir şey yoxdur, amma yanlış valideynlik anlayışları var. Uşaqlığınızdan öz valideynlərinizi necə xatırlayırsınız? Onlara bənzəyirsiniz? Birinə bənzəmək istərdinizmi? Uşaqlar su kimidir, hansı qaba qoyursan, onun şəklini alırlar. Buna çox inanmaq ilə bərabər, övladlarımızın genetik olaraq bizdən aldığı xüsusiyyətləri…
Daha çox“Onlayn ticarət istehsalçılar üçün bir sıra üstünlüklər yaradır”
“Yerli və ya xarici olmasından asılı olmayaraq, onlayn ticarət platformalarının bir çox üstünlükləri mövcuddur. Birinci növbədə, bu proses satışın təşkili ilə bağlı xərcləri minimuma endirdiyi üçün məhsulların daha əlverişli qiymətlərlə təqdim olunmasına şərait yaradır. Digər tərəfdən, onlayn platformalarda geniş məhsul çeşidinə rast gəlmək mümkündür. Həm qiymət, həm də keyfiyyət baxımından müxtəlif seçimlərin olması istehlakçıların fərqli alıcılıq zövqlərini təmin etməkdə ciddi üstünlük yaradır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, üçüncü əhəmiyyətli cəhət isə coğrafi məhdudiyyətlərin aradan qalxması və əlçatanlığın artmasıdır: “Dünyanın harasında olmağınızdan asılı olmayaraq,…
Daha çoxAzərbaycan İngiltərə ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. “Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.
Daha çox