Stress anında mədə niyə ağrıyır?

“Bəzən insanlar bədənlərində ağrı şikayəti ilə həkim müayinəsində olurlar”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, bu ağrılar isə başda, qollarda, ayaqlarda, eləcə də, bədənin müxtəlif nahiyələrində görülə bilir: “Eyni zamanda ağrılar bəzən yer dəyişdirir. Məsələn, başdan boyuna, əldən ayağa keçərək ağrılar şəkil dəyişdirə bilir. Əgər bu ağrılar tibbi səbəblə açıqlana bilmirsə, həkim müayinələrində konkret diaqnoz qoyula bilmirsə, somatoform hesab olunur. Somatoform menfi düşüncələrin, duyğuların bədəndə özünü göstərməsidir. Stress anında mədə niyə ağrıyır? Ona görə ağrıyır ki, mədə duyğularla bağlı olan ən…

Daha çox

Ermənilər üçün qorxunc sayılan QLOBAL TƏHLÜKƏ

Dünyanın bir sıra qabaqçıl, inkişaf etmiş və nəhəng dövlətlərinin Azərbaycanı bütün müstəvilərdə müdafiə etməsi artıq hayları bərk narahat edir. Xüsusən də, Ağ Ev “sahibinin” dəyişməsindən, Trampın hakimiyyətə qayıtmasından sonra Azərbaycanla Amerikanın münasibətlərini daha da yaxşılaşdırmaq istiqamətində atdığı addımlar, İsrailin, Almaniyanın ölkəmizlə müsbət münasibətdə olması ermənilərin yuxularını ərşə çəkib. İndi artıq ermənilər düşünürlər ki, İsrail də, Amerika da Azərbaycanı hər mənada müdafiə edəcək və bundan sonra ABŞ kimi bir ölkəyə də ümidləri qalmayacaq. Daim Amerikaya güvənən haylar da belə bir vəziyyəti özləri üçün qlobal təhlükə hesab edirlər. Haylar öz fəlakətlərini, qarşılaşdıqları…

Daha çox

Kiyevdə partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri məlumat yayıb. …Müxbirlərimiz bildirir ki, Kiyevdə partlayış səsləri eşidilir, – nəşrin hesabatında deyilir. “Politika Strany” nəşri də şəhərdəki partlayışdan yazır. Onun sözlərinə görə, şəhər pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Bundan əvvəl Ukraynanın şimalındakı Sumı şəhərində partlayış səsləri eşidilib. Jurnalistlər partlayışın dəqiq harada baş verdiyini və itkilərin olub-olmadığını hələ dəqiqləşdirməyiblər. Yerli hakimiyyət orqanları da hadisə ilə bağlı şərh verməyib. Əli Babayev

Daha çox

Rusiyadan idxal olunan mal piyində uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində “Gourmeat” MMC-nin Rusiyadan idxal etdiyi “Bryansk Meat Company” şirkətinin istehsalı olan 21 min kiloqram “Miratorq” əmtəə nişanlı mal piyindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlayıblar. SİA xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

Daha çox

Milli Parkda ayrı-seçkilik

Çox zaman o fikrə rast gəlirik ki, filankəs tez qocaldı və ya bəsmənkəsin saçları tez ağardı. Başqa birisi haqqında deyilir ki, filankəsin beli əyilib, yerişi dəyişib, danışığında nala-mıxa vurma halları yaranıb. Hətta nisbətən canısulu insanlar əldən düşmüş, qocalmış insanların halına acıyırmış kimi, deyirlər ki, cavanlıqda qəddi-qamətli, enlikürək, yaraşıqlı olan filankəsi bazarda gördüm yazığım gəldi, bədbəxt tamamilə qocalıb və zəifləyib, beli bükülüb, üzü solub, başı da keçəlləşib. Olsun, əslində, qocalıq fəlakət, faciə sayılmamalıdır. Uzun ömürlü olmaq Allahın onlara verdiyi ömür payıdır və buna görə şükürlər edilməlidir. Sadəcə, qocalıqda ötən illərdə etdiklərinə…

Daha çox

Xətai rayonunda küçə ticarətini kim çiçəkləndirir?

Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dünya ölkələrinin diqqətini daha çox cəlb etməyə başlayıb. Ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən meqa layihələr, xüsusən də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri bir sıra dövlətlərin münasibətlərində müsbət mənada dəyişikliklərə səbəb olub. Ölkəmizə gələn turistlərin sayında da kəskin artım müşahidə olunur. Yeni tikililər, parklar, istirahət mərkəzləri, paytaxtımıza gözəllik verən xiyabanlar qonaqların həmişə görmək istədikləri məkanlara çevrilib. Dövlət qurumlarının səyi nəticəsində Bakının gözəlliyinə xələl gətirən amillər aradan qaldırılır, qanunsuz hallara çox az hallarda rast gəlinir. Küçə ticarəti demək olar ki, az rast gəlinən qanunsuz…

Daha çox

Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər. Sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır. Sitrusçuluq əsasən, ölkənin cənub zonasında inkişaf edib. Ölkə üzrə…

Daha çox

Səlcuq Yöntem səssizliyini pozdu: ”Gəncləri buraxın” çağırışı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin bir çox müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında saxlanılan gənclər ictimai gündəmdə geniş yer tapıb. Bu etirazlardan sonra saxlanılaraq həbs edilən gənclərə dəstək məşhur aktyor Səlcuq Yöntemdən gəlib. Sosial media hesabında paylaşım edən Yöntem gənclərin azadlığa buraxılması lazım olduğunu bildirərək, “Onları azad edin” çağırışı edib. Nuray Paşşanlı

Daha çox

Bu il Şəkidə iki yüzdən çox fermer tütün əkəcək

Cari təsərrüfat ilində Şəki rayonunda 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 19 hektar artırılması nəzərdə tutulur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib. Onun sözlərinə görə, sahələrin 1320 hektarına “Virciniya botaniki”, 300 hektarına isə yerli tütün sortları əkiləcək. Hazırda təsərrüfatlarda tütün əkininə son hazırlıq işləri görülür. Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən indiyədək 222 fermerlə müqavilə…

Daha çox

“Türk ölkələri bu istiqamətdə iqtisadi münasibətləri daha da inkişaf etdirsinlər”

“Türk birliyi dövlətlərinin əməkdaşlığı həm Türk ölkələrinin yerləşdiyi regionda, həm Qafqazda, Orta Asiyada, həm də bütövlükdə Avrasiya məkanında çox ciddi bir gücün meydana gəlməsinə səbəb olur. Belə ki, bu gün bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə güclü potensial yaradır. İndiyə qədər bir mədəni toplum olaraq, bizim ortaq mədəniyyətimiz dünyada fərqli bir mövqe qazanmış və ümumbəşəri dəyərlər içərisində öz yerini tapmaq istiqamətində mühüm nəticələr ortaya qoymuşdur. Türk mədəniyyəti, həqiqətən də, zəngin və dərin köklərə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun…

Daha çox