“Böyük Köç, “Böyük Qayıdış Proqramı”nın Azərbaycan dövlətinin Prezidentnin rəsmi olaraq qəbul etdiyi “Qayıdış Proqramı”nın tərkib hissəsidir. Təbii ki , Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərimizi işğaldan azad etdikdən sonra qısa müddətdə orada böyük quruculuq bərpa işləri görülüb”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfinin işğal dönəmində məhv etdiyi, dağıtdığı infrastrukturun bərpası istiqamətində müasir standartlara cavab verən yüzlərlə kilometr avtomobil yolları, dəmir yolları, körpülər, tunellər, hava limanları və ümumilikdə insanların yaşaması üçün böyük işlər görülüb və proses bugün də davam…
Daha çoxDay: April 10, 2025
Prada Versaceni aldı
Prada moda evi İtaliyanın Versace brendi tərəfindən alınıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Vogue Business” Capri Holdings Ltd şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb. Müqavilənin dəyəri 1,25 milyard avrodur. Onun 2025-ci ilin ikinci yarısında başa çatdırılması gözlənilir. …Biz Versace-ni Prada Qrupunda salamlamaqdan və kreativlik, sənətkarlıq və irsə güclü öhdəliyi paylaşdığımız brend üçün yeni fəsil açmaqdan şadıq. Biz Versace mirasını onun cəsarətli, zamansız estetikasını qeyd edərək və yenidən təsəvvür etməklə davam etdirəcəyik. Eyni zamanda, biz ona möhkəm sərmayələr, uzun illərdir davamlı əməkdaşlıq platforması təqdim edəcəyik. Bunu Prada Qrupunun…
Daha çoxŞimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib
Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 23, Kəlbəcərdə 22, Sabirabadda 19, Şahbuzda…
Daha çox“Cənab İlham Əliyev çıxışlarında gələcəyə yönəlik atılacaq addımları dəqiqliklə deyir”
“Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dünən ADA Universitetində ADA universitetinin və Beynəlxalq münasibətlərin təhlili mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “ADA siyasi formunda” çıxışı geosiyasi reallıqların təhlili baxımından istər regional təhlükəsizlik məsələləri, xarici siyasət prioritetlərinin açıqlanması baxımından, istərsə də gələcək yol xəritəsinin proqnozlaşdırılması baxımından önəmli bir konsepsiya idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki , Cənab İlham Əliyev çıxışlarında gələcəyə yönəlik atılacaq addımları punktual olaraq dəqiqliklə bildirir və vaxtı yetişdikcə biz həmin punktların vaxtından həyata keçirildiyini dəqiqliklə yerinə yetirildiyinin şahidi ola bilirik:…
Daha çoxYunanlar da ruslara qarşı xilaf çıxdılar..?
Yunanıstan Rusiyanın hava hücumundan müdafiə sistemlərini İsrail sistemi ilə əvəz etməyi planlaşdırır Önümüzdəki həftələrdə Yunanıstan Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün böyük tenderin qalibini elan edəcək. SİA-nın məlumatına görə, müqavilə üçün Israel Aerospace Industries (IAI) və Rafael yarışır. Yunanlar adalarda taktiki ballistik və qanadlı raketləri də tuta bilmək üçün keçən il təkmilləşdirilmiş Rafaelin Hörümçək mobil hava hücumundan müdafiə sistemini yerləşdirməyi düşünürlər. Bununla belə, eyni işi Almaniyanın IRIS-T sistemi yerinə yetirir, “Details” nəşri Walla-ya istinadən xəbər verir. Əsas müqavilə – ölkənin mərkəzi ərazisini…
Daha çoxQəbələdə özbaşına aparılan hasarlama işlərinin qarşısı alınıb
Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları Qəbələ ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqləri davam etdirirlər. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, növbəti monitorinq zamanı rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq ərazi boşaldılıb.
Daha çoxDonald Tramp Prezident İlham Əliyevi təbrik edib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır. Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə…
Daha çoxNaməlum yırtıcı köpək balığını yarıya bölüb
Avstraliyada naməlum yırtıcı tərəfindən yarıya bölünmüş köpək balığının qalıqları çimərlikdə yuyulub. SİA-nın məlumatına görə, bu barədə Yahoo Australia yazıb. …Susie Gluck aprelin 8-i çərşənbə axşamı səhər saatlarında Broome kurort şəhərindəki Kabel çimərliyi boyunca gəzərkən köpəkbalığının başının şəklini çimərlikdə çəkib. O, köpək balığının fotosunu sosial şəbəkədə yerləşdirdikdən sonra bir çox şərhçilər təşvişə düşüb. Sahil sularında təhlükəli balığı belə amansızlıqla parçalaya, yarısını qoyub gedə bilən yırtıcı olduğundan narahat olublar. Onlar güman edirdilər ki, çimərlik yaxınlığında çox böyük, aqressiv köpəkbalığı ovlayır. Heyvanlar üçün Humane World dəniz bioloqu Lourens Çlebek Avstraliyanın narahatlığını aradan qaldırmaq…
Daha çoxABŞ Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır
Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. SİA xəbər verir ki, bu fikir Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq…
Daha çoxRada deputatı Zelenskini Rusiya ilə danışıqlara çağırıb
…Rusiya ilə dialoq Ukraynaya lazımsız xərclərdən və vasitəçilər üçün rüsumlardan qurtulmağa imkan verəcək, həmçinin danışıqları daha effektiv edəcək. SİA-nın məlumatına görə, vətənə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan ukraynalı deputat Oleksandr Dubinski Telegram kanalında ölkə prezidenti Vladimir Zelenski və Ali Radanı Moskva ilə birbaşa danışıqlara başlamağa çağırıb. …Nə Zelenskinin, nə də parlamentin hansı səbəblərdən Rusiya Federasiyası ilə birbaşa razılaşmaya (söhbətə) təşəbbüs göstərmədiyi tamamilə aydın deyil. Əgər müharibənin istənilən halda bitəcəyi və Rusiya ilə birbaşa dialoqun danışıqların daha səmərəli və Ukraynanın maraqlarını nəzərə alaraq aparılmasına imkan verəcəyi aşkar olarsa.., – o…
Daha çox