Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,52% artaraq 3 035,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,64% artaraq 29,88 ABŞ dollarına bərabər olub.
Daha çoxDay: April 9, 2025
“Almaniya tərəfi bunun texniki səhv olduğunu etiraf etdi”
“Almaniya Prezidenti Administrasiyası, Almaniya Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, səhvən paylaşılmış bu postda Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn yer almışdı: “Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olan bu paylaşım dərhal silinmiş və Almaniya tərəfi bunun texniki səhv olduğunu etiraf etmişdir. Almaniya Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanmış məktubda, bu hadisəyə görə üzrxahlıq ifadə olunmuş və paylaşımın heç bir siyasi məna daşımadığı vurğulanmışdır. Məktubda…
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,6% artaraq 3,5 ABŞ dolları təşkil edib.
Daha çoxMüharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır
Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.
Daha çoxADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb. SİA xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb. Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir. Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək. Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq. “Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir.…
Daha çoxOxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
Naşir Bəhram Bağırzadənin SİA-ya müsahibəsini təqdim edirik: – Bu gün uşaq jurnallarında problemlər çoxdur. Dərc olunmur, dərc olunursa, tərcümədə problem olur. Çıxış yolu nədir? – Çıxış yolu odur ki, birinci növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən konkurslar, müsabiqələr keçirilməlidir. Elan olunmalıdır ki, yazıçılar öz əsərlərini yazsınlar, “e-mail”ə, poçta göndərsinlər. İnanın mənə, Respublikamızda çox istedadlı insanlar var. Yüzlərlə insan öz hekayələrini göndərəcəklər. İkinci növbədə elan edək ki, oktyabr ayında Bakı şəhərində böyük kitab sərgisi keçiriləcək. Onun masqotu kim olmalıdırsa, gəlin onu fikirləşək. Yaxud da, “Tıq-tıq xanım”, “Məlikməmməd” köhnəlib. Gəlin təzə obrazlar,…
Daha çoxAzərbaycan tərəvəz ixracını 5 % artırıb
Bu ilin I rübündə Azərbaycan 48 milyon 30,7 min ABŞ dolları dəyərində 42 min 117,7 ton tərəvəz ixrac edib.SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz ixracı 4,9 % artıb.
Daha çoxBu gün Bakıda 7-ci ADA Siyasi Forumu keçiriləcək
Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçiriləcək. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək. Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq: https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share. Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirak edəcək.
Daha çoxAzərbaycanda əmək müqavilələrinin sayı
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artaraq bu il aprelin 1-nə 1 milyon 886 min 821-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 436 770 vahid artaraq 976 692 olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
Daha çoxNaxçıvanda I rübdə toplanılmış işsizlikdən və icbari tibbi sığorta haqlarının məbləği
Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,3 milyon manat təşkil edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bunlar, proqnozdan müvafiq olaraq 1,3 % və 13,8 % çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki göstərici cüzi azalıb.
Daha çox