Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 144 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144 337 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, onlara 225 364 sayda xidmət göstərilib ki, bunun 76,6 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 51,1 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin…

Daha çox

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun…

Daha çox

Süni intellektin ekoloji mühitdə olması hansı faydaları verir?

“Qlobal iqlim dəyişikliyi, sənaye tullantıları, torpaq və su ehtiyatlarının çirklənməsi, biomüxtəlifliyin azalması kimi ekoloji problemlər bu gün dünyanın diqqət mərkəzindədir. Bu problemlərin vaxtında aşkarlanması, qiymətləndirilməsi və idarə olunması üçün dəqiq və sürətli monitorinq sistemlərinə ehtiyac duyulur. Bu çərçivədə süni intellekt (Sİ) texnologiyaları ekoloji monitorinq sahəsində çevik və effektiv həllər təqdim edərək yeni bir mərhələ açır”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. Onun sözlərinə görə, süni intellekt alqoritmləri — xüsusilə maşın öyrənməsi, dərin öyrənmə, kompüter görməsi və böyük məlumatların analizi kimi sahələr — ekoloji məlumatların toplanması,…

Daha çox

Azərbaycanda I rübdə 112 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu ilin I rübündə Azərbaycanda 111 838 “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Hesabat dövründə “ASAN İmza”lar 75 488 müraciət üzrə təqdim olunub. “ASAN İmza” elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza…

Daha çox

Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilər

Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. “Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, –…

Daha çox

Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür. Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin…

Daha çox

BP Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığını davam etdirəcək

BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıb. SİA xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Yay Olimpiya Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır. On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb. İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci…

Daha çox

Bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur

Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share

Daha çox

İsti havalarda necə qidalanmalıyıq?

“Havalar istiləşir, bədən də bu dəyişikliyə reaksiya verir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. Onun sözlərinə görə, iştaha azalır, tez yoruluruq, halsızlıq hiss edirik: “Amma düzgün qidalanma ilə özümüzü çox rahat hiss edə bilərik. 1. Su qəbulu vacibdir – Səhər oyanan kimi 1 stəkan ilıq su içmək vərdiş olsun. Gün ərzində də mütləq 2,5 – 3 litr qazsız su içirik. Bədəni susuz qoymaq olmaz. 2. Yüngül yeməklər seçirik – Qızartmalardan, çox yağlı yeməklərdən qaçırıq. Sobanı, buxarı, qril üsulunu seçirik. Tərəvəz yeməkləri, göyərtili salatlar əla…

Daha çox

Trampın Prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi

Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın Prezident seçilməsi onları ciddi şəkildə məyus etdi. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma…

Daha çox