Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. Dövlət başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum…
Daha çoxDay: April 9, 2025
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur
Antalya, Türkiyənin Aralıq dənizinə açılan mənzərəsi ilə seçilən kurort şəhəri olaraq, qızılı qumları, açıq mavi səması və təmiz mavi suları ilə diqqət çəkir. SİA xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən bu şəhərdə il ərzində orta hesabla 300 gün günəşli hava olur. Məhz buna görə Antalya turistlərin ən çox sevdiyi və ziyarət etdiyi istirahət yerlərindən biridir. Antalyanın yalnız dəniz və günəş tətili üçün populyar olmasına baxmayaraq, şəhər eyni zamanda dünyanın ən təmiz çimərliklərinə sahib olması ilə də fərqlənir. Hazırda Antalya 233 mavi bayraq sertifikatlı çimərliklə bu göstərici üzrə dünya lideridir. Bu…
Daha çoxMolla kəbini ilə evləndikdə əmlakdan pay düşür?
““Molla kəbini” kimi əhali arasında yayılmış anlayış hüquqi baxımdan “dini nikah” kimi təsvir olunur və belə nikahla bağlı hüquqi tənzimlənmə Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib. Aysel Əhmədova sözlərinə belə davam edib: “Belə ki, istinad olunan Məcəllənin 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. “Hüquqi əhəmiyyətə malik deyildir” ifadəsi, bir hadisənin və ya əməlin dövlətin qanunları və hüquqi sistemində müəyyən hüquqi nəticələr doğurmadığını bildirir. Yəni, bu hal və…
Daha çoxAzərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər
Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yaradıla bilər. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə heyətinin sədri Fərid Osmanovun İsrailə işgüzar səfəri çərçivəsində “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüşündə müzakirə edilib. Tərəflər həmçinin ölkəmizdə kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanlarını, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini nəzərdən keçirib. Eyni zamanda nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə birgə investisiya layihələrinin reallaşdırılması,…
Daha çoxLatviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycandadır
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində AzərbaycanDövlət Sərhəd Xidməti və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsi vurğulanmış, 2023-cü və 2024-cü illərdə Azərbaycan və Latviyanın sərhəd mühafizə qurumları rəhbərlərinin qarşılıqlı səfərlərinin birgə əməkdaşlıq fəaliyyətlərinin uğurla inkişafına töhfə verməsi qeyd olunub. Müzakirə zamanı Azərbaycan…
Daha çoxAzərbaycan Moldova ilə aqrar məhsulların emalında əməkdaşlığı müzakirə edib
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq müzakirə edilib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan nazir, komissiyanın həmsədri Məcnun Məmmədov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib. Moldovanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir əlavə edib ki, ölkəmiz iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bütün…
Daha çoxHərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar. Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara təhlükəsizlik qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq. Toplanışda, həmçinin hərbi vəzifəlilərə döyüş zamanı ilkin…
Daha çoxKiçik addımlarla başlayaraq etimadı qura bilərik
Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”, – deyən dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda təşəbbüslər…
Daha çoxVelosiped yollarının daha bir əhəmiyyəti BƏLLİ OLDU
“Velosiped yollarının əhəmiyyəti ondan ibarət ola biləcək ki, bizim dünya arenasının reytinqində müəyyən ekonomlu və insanyönümlü şəhər modellərinə uyğun olaraq bir göstəricimiz olsun. Amma reallıqda isə bu tam başqadır. Yəni reallıqda yeni çəkilən velosiped zolaqlarının Azərbaycan Respublikasının, xüsusən paytaxt şəhər olan Bakıda müəyyən çətinliklərin yaranmasına səbəb olur. Çünki velosiped zolaqları əlavə zolaqlar hesabına yox, sırf avtomobil yollarının hesabına yaranmışdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, hər iki istiqamətdə, yaxud da bir istiqamətdə yolların daralmasına səbəb olur: “Bunun da mənfi tendensiyası ondan ibarətdir…
Daha çoxErmənistan Araz çayını çirkləndirir
Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çox