Prezident İlham Əliyevin rəsmi “İnstagram” hesabında aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdan video paylaşılıb. SİA xəbər verir ki, videoda konfransa hazırlıq, dövlət başçısının tədbirə gəlişi, eləcə də konfransın iş prosesi əks olunub. Həmin görüntüləri təqdim edirik:
Daha çoxDay: April 9, 2025
IMF 2025-ci ildə Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 3,5 %-ə qədər yavaşlayacağını gözləyir. Bu barədə SİA fondun məlumatlarına istinadən xəbər verir. “İnvestisiyaların təsiri tədricən zəifləyir, karbohidrogen hasilatı məhdud olaraq qalır, istehsal həcmindəki fərq isə 2026-cı ilə qədər aradan qaldırılacaq. Ortamüddətli perspektivdə iqtisadi artımın illik 2,5 % təşkil edəcəyi gözlənilir”, – IMF qeyd edib. Proqnozlara görə, 2026-cı ildə ölkədə ÜDM 2,5 %, 2027 və 2028-ci illərdə hər il 2,4 %, 2029-cu ildə isə 2,5 % artacaq. Beləliklə, IMF 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2,66 % səviyyəsində qiymətləndirir. Hesabatda…
Daha çoxMingəçevir Dövlət Universitetinə rektor təyin edilib
Mingəçevir Dövlət Universitetinə rektor təyin edilib
Daha çoxAzərbaycanın 2025-ci ildə fiskal siyasətinin yumşaldılması məqsədəuyğun deyil
Azərbaycanda 2025-ci ildə fiskal konsolidasiyanın davam etdirilməsi həm tsiklik səbəblərə görə, həm də neft-qaz gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etmək üçün zəruridir. SİA Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, davamlı iqtisadi artımı nəzərə alaraq, 2025-ci ildə büdcə siyasətinin yumşaldılması məqsədəuyğun deyil. “Əksinə, 2025-ci ildən başlayaraq təxminən 10 il ərzində qeyri-neft sahəsi üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 1,5-2 faiz bəndi həcmində illik azaldılması tövsiyə olunur”, – fondun iqtisadçıları qeyd edirlər. Hesabatda deyilir ki, nəsillər arasında bərabərliyi təmin edən qeyri-neft sahəsi üzrə ilkin kəsir hədəf səviyyəsi qeyri-neft ÜDM-in 6…
Daha çoxAzərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçirib
Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkədə səfərdə olan İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçirib. Həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib, limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin…
Daha çoxAHİK-nin Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin açılışı olub. SİA xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Mərkəzin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, keyfiyyətli təlim xidmətlərinin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə yaradıldığını bildirib, Mərkəzdə yaradılmış şərait barədə məlumat verib. AHİK-in Aparat rəhbəri Həsən Cəfərov isə Mərkəzin müasir tələblərə cavab verdiyini, səmərəli fəaliyyətinin kadrların ixtisas və hazırlıq səviyyəsinin artırılmasında, yeni layihələrin hazırlanmasında əhəmiyyətini vurğulayıb, Mərkəzin işinə uğurlar…
Daha çox“Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək”
“Bir ay əvvəl alçanın bir kilosunun qiyməti 600 manat idi. Hazırda isə 100 manata düşüb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “İndi bazarda olan alçalar artıq yeni çiçəkdən düşüb. Bir neçə həftədən sonra açıq şəraitdə kütləvi şəkildə alça bazara çıxarılacaq və alçanın qiyməti ucuzlaşacaq. Hazırda satışda olan alçalar isə xüsusi şəraitdə istixana şəraitində yetişdirilmiş məhsullardır. Belə alçaların yetişdirilməsi xeyli xərc tələb edir. Bu səbəbdən həm xərci çoxdur, həm də bu cür alça yetişdirənlərin sayı azdır. Məhz buna görə də alçanın qiyməti bahadır.…
Daha çoxCənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq
Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq…
Daha çoxMM-də Azərbaycanla Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq sazişi müzakirə olunacaq
Milli Məclisdə Azərbaycanla Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq sazişinin təsdiqi ilə bağlı məsələ müzakirə olunacaq. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyində yer alıb. Belə ki, komitənin bugünkü iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.
Daha çoxSülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir
Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çox