Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Qəbələdə “Gənc arıçı” layihəsinin iki iştirakçısının evini ziyarət ediblər. SİA xəbər verir ki, IDEA İctimai Birliyindən verilən məlumata görə, Leyla Əliyeva görüşdə gənc arıçı ailələri ilə səmimi söhbət edib, fəaliyyətləri ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, layihə iştirakçıları Zəlikə Məmmədova və Rəfiqə Maxsudova, eləcə də onların ailə üzvləri göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, süzdükləri təbii balı layihənin xüsusi…
Daha çoxDay: April 9, 2025
Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “PAŞA Holdinq” və “NEQSOL Holdinq” MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun…
Daha çoxMilli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər
Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, foruma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən qatılacaqlar. Onlar bu məqsədlə aprelin 10-da Türkiyənin Antalya şəhərinə səfər edəcəklər. “Bölünən dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilən forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və…
Daha çox“AÖS-ün fəaliyyətində heç bir dayanma və ya texniki problem müşahidə edilmir”
“Mərkəzi Bank öz mandatına uyğun davamlı olaraq ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi və həmçinin operatoru olduğu ödəniş sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Ani Ödənişlər Sisteminin (AÖS) istismara verildiyi zaman ölkə bazarında alternativinin olmadığını və sistemin funksional imkanlarının bazar iştirakçıları üçün yeni olduğunu nəzərə alaraq sistemin mobil tətbiqi və internet səhifəsi hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir. Mobil tətbiq üzərindən həmçinin ilk dəfə olaraq Açıq Bankçılıq həlli istifadəyə verilmişdir. Ötən dövr ərzində görülmüş işlər nəticəsində AÖS-ün əhatə dairəsi genişləndirilmiş və ödəniş xidməti təchizatçıları (ÖXT) sistemə inteqrasiya edilmişdir. Mərkəzi Bankın əsas hədəfinin…
Daha çoxKəmaləddin Heydərov “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 8-9 aprel 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır. Tədbirdə çıxış edən…
Daha çoxUkraynanın NATO-dan imtina ehtimalı qiymətləndirilir…
…Ukrayna Konstitusiya Məhkəməsi bu bəndin ölkə Konstitusiyasına daxil edilməsini qanunsuz hesab edərsə, Moskva ilə barışıq əldə etmək üçün Kiyev NATO-ya doğru kursundan vaz keçə bilər. SİA xəbər verir ki, bu barədə “Strana.ua” siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, ölkənin əsas qanununa 2019-cu ildə edilən dəyişikliklərin konstitusiyaya zidd tanınması ideyasını ilk olaraq Petro Poroşenkonun siyasi strateqi Viktor Ukolov ifadə edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti artıq belə bir ssenari hazırlayır. Eyni zamanda nəşrin mənbələri Bankovanın bu açıqlamaya şübhə ilə yanaşdığını qeyd ediblər. Lakin onlar Ukolovun təsvir etdiyi sxemi…
Daha çoxSəbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində panel iclası keçirilib
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Yaddaşın Suverenliyə Çağırışı – Soyqırım və Qərbi Azərbaycan Həqiqətləri” mövzusunda panel iclas keçirilib. SİA xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası və İdarə Heyəti, millət vəkilləri, elm xadimləri, ziyalılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən universitetlərin tələbələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir. Qərbi Azərbaycanın mədəniyyəti, coğrafiyası…
Daha çoxTələbələr hansı şərtlər altında banklardan kredit götürə bilərlər?
“Tələbələrin banklardan kredit əldə etməsi mümkündür, lakin bu proses müəyyən şərtlər və məhdudiyyətlərlə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib. Onun sözlərinə görə, banklar tələbələrə kredit verərkən riskləri nəzərə alaraq, aşağıdakı ümumi tələbləri irəli sürürlər: “Ümumi Şərtlər: 1. Yaş Həddi: Əksər banklar kredit götürən şəxsin ən azı 18 yaşında olmasını tələb edir. Bəzi hallarda isə bu hədd 20-21 yaşa qədər yüksələ bilər. 2. Daimi Gəlir: Tələbənin rəsmi və sabit gəliri olmalıdır. Bu, kreditin geri qaytarılmasına təminat kimi qiymətləndirilir. 3. Zamin: Əgər…
Daha çox“Azərbaycan ictimaiyyəti bu prosesi sevinc və qürurla izləyir”
“Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin sürətli bərpa, yenidənqurma işlərini həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, bu proses Azərbaycanın öz daxili iqtisadi imkanları hesabına reallaşdırılır: “Heç bir xarici dəstək olmadan reallaşır. İşğaldan azad olunmuş ərazilərin bərpası demək olar ki, sıfırdan həyata keçirilir. Çünki bu ərazilər məlum olduğu kimi uzun illər işğal altında saxlanıldığı dövrdə erməni vəhşiləri tərəfindən tamamilə yerlə-yeksan edilmişdi. Sıfırdan meqa layihələr həyata keçirilməsi nə qədər çətin və vaxt aparan proses olsa da, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bu istiqamətdə…
Daha çoxIMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır. SİA bu barədə IMF-yə istinadən xəbər verir. Fondun proqnozuna əsasən, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək. Bundan başqa, 2026-2029-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir. Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 %-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə…
Daha çox