Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlət başçısı əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza…
Daha çoxDay: April 9, 2025
Biz Suriya hökumətini dəstəkləyirik
Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən…
Daha çoxKreml nüvə proqramı üzrə ABŞ-İran təmaslarını alqışlayır
Rusiya ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılması istiqamətində müsbət addım hesab edir. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Omanda keçiriləcək danışıqlar raundu ilə bağlı məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva danışıqlar prosesinin başlanmasını qeyd-şərtsiz dəstəkləyir və siyasi-diplomatik tənzimlənmə tərəfdarıdır. “Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi-diplomatik tədbirlər vasitəsilə tənzimlənməsinin tərəfdarıyıq. Əgər bu belə olarsa, bunu, yalnız müsbət qarşılamaq olar”, – deyə Kreml nümayəndəsi qeyd edib. O əlavə edib ki, Rusiya Omanda planlaşdırılan birbaşa…
Daha çoxUSAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır
Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil. USAID nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxRusiyanın Avropadakı son neft aktivi bloklanıb…
…Nəzarət səhm paketi “Qazprom”a məxsus olan Serbiyanın “Naftna industrija Srbije” enerji şirkəti (NİS, Serbiyanın Neft Sənayesi) Vaşinqtonun yeni iqtisadi sanksiyaları səbəbindən ölkə bazarına neft vermək imkanını itirib. SİA-nın məlumatına görə, bunu Reuters xəbər verir. Qeyd etmək lazımdır ki, NIS faktiki olaraq Rusiyanın Avropadakı sonuncu əsas neft aktividir. Son vaxtlara qədər bu şirkət Serbiyaya benzin və dizel yanacağının təxminən 80 faizini, eləcə də aviasiya yanacağı və mazutun 90 faizdən çoxunu təmin edirdi. Məlumdur ki, 2025-ci ilin yanvar ayının əvvəlində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi enerji şirkəti NIS-i sanksiyalar siyahısına…
Daha çoxMüğənnilər niyə toyda fonaqrama ilə mahnı oxuyur?
Hal-hazırda günümüzdə bir çox müğənnilər fonaqrama ilə mahnı oxuyurlar. Halbuki canlı oxumaq qabiliyyəti olan müğənnilər geridə qalır. Eyni zamanda həmin qabiliyyətli müğənnilər kəşf edilmir. Bəs fonaqrama oxuyan müğənniləri cəmiyyət necə qarşılayır? Həmin müğənnilər sevilirmi? SİA bu barədə vətəndaşların fikrini alıb. Şəhər sakini Saxavət Əliyev: “Mən fonaqrama oxuyan müğənnilərə çox yaxşı baxıram. Müğənnilərin irəli getməsi daxili bacarıqlarına görə tənzimlənir. Bəzi insanlar var ki, deyir “Mənim səsim çox yaxşıdır, təhsilim çox yaxşıdır, niyə burdayam?”. Mənim fikrimcə bütün hər şey şəxsi bacarıqdan asılıdır. Bu gün bir insanın səsi yoxdursa, o demək deyil ki,…
Daha çoxİlham Əliyev ADA forumunda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. SİA-nın məlumatına görə, “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən dövlət başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxAlmaniya miqrasiya siyasətində dəyişikliklər etmək niyyətindədir
Almaniyanın miqrasiya siyasətində dəyişikliklərdən sonra Almaniya vətəndaşlığını hazırda olduğu kimi üç il deyil, yalnız beş il ölkədə yaşayandan sonra əldə etmək mümkün olacaq. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) rəhbəri Fridrix Merz deyib. …Vətəndaşlıq əldə etmək ən azı beş il çəkəcək. Qeyd edək ki, mart ayında Merz, CDU-nun Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə birlikdə miqrasiya siyasətini sərtləşdirməyə razılaşdığını söyləyib. Siyasi partiya rəhbərinin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstan…
Daha çoxDünya pərvanətək Azərbaycanın işığına fırlanır
Azərbaycanın mavi Xəzəri, ağbaşlı Kəpəz zirvəsi, incə, zümrüd Araz vadisi, hüdudsuz düzənlikləri, eninə uzanan həmişəyaşıl meşələri, bol balıqlı iti axan çayları, ən gözəli mirvari gözlü Göygöl olan mavi gölləri var. Bu əsrarəngiz diyarda Yer kürəsinin iqlim qurşaqları – subtropik meşələrdən tutmuş daimi qar və buzlaqlara qədər hamısı var. Təbiət öz nemətlərini bu torpağa əsirgəmədən vermişdir. Azərbaycanın ən böyük sərvəti onun torpaqlarının təkində yerləşmişdir. Bu barədə qədim yunan coğrafiyaçısı Strabon belə yazmışdır: “Bu, torpağın təkindəki gizli quyu anbarlarda daldalanmış, özünügizlətmiş ecazkar qaynar yağ – neft idi.” Bu günlərdə Bakının neft mədənləri…
Daha çoxRamzan Kadırov döyüş görüntüləri nümayiş etdirib
Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram-kanalında Belqorod vilayətinin sərhədində Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgəri ilə döyüşün görüntülərini nümayiş etdirib. …Demidovka kəndi istiqamətində hava kəşfiyyatı zamanı əsgərlər çox təkəbbürlü şəxsi aşkar ediblər: “Rusiya Federasiyası ilə inzibati sərhəddə Ukrayna Silahlı Qüvvələrinin mühəndis xidmətinin hərbçisi minalardan təmizləmə işləri aparıb”. Dron operatorları hədəfi aşkar etdikdən sonra düşməni məhv etmək qərarına gəliblər. Yayımlanan kadrlardan görünür ki, yaxınlaşan pilotsuz təyyarə yol ilə meşə zolağı arasında yerləşən Ukrayna əsgərinin üzərinə partlayıcı qurğu atıb. SİA-nın məlumatına görə, Kadırov daha əvvəl bəyan etmişdi ki, Şeyx Mənsur batalyonu Belqorod vilayəti yaxınlığında…
Daha çox