ABŞ qoşunlarının çıxarılması ilə bağlı şayiələr Şərqi Avropada panikaya səbəb olub. SİA-nın məlumatına görə, hər şey NBC telekanalının Pentaqonun Avropa ölkələrində hərbi kontingentin əhəmiyyətli dərəcədə – on min nəfər azaldılmasını müzakirə etdiyini bildirməsi ilə başlayıb. ABŞ-ın Ukrayna ilə sərhəddəki bazadan texnika və qoşunların yenidən yerləşdirilməsi ilə bağlı yeni bəyanatı narahatlıqları artırıb. O, NATO ölkələri tərəfindən, xüsusən də Ukraynaya tədarükün koordinasiyası və Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün birgə istifadə olunur. Polşa hakimiyyəti dərhal əhalini əmin etməyə başlayıb ki, ölkə ABŞ-ın hərbi dəstəyini itirməyəcək. Prezident və Müdafiə Nazirliyi Amerika kontingentinin Polşada qalacağını…
Daha çoxDay: April 9, 2025
Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır
Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlət başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.
Daha çoxUkrayna Rusiya kosmonavtını səfərbər etmək istəyir..?
…Ərazi çağırış mərkəzi (Ukraynadakı Hərbi Komissarlığın analoqu) rusiyalı kosmonavt Aleksey Zubritskini Ukrayna Silahlı Qüvvələrində xidmətə göndərmək üçün axtarır. SİA-nın məlumatına görə, SHOT bunu və onun hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olması faktını öz Telegram kanalında bildirir. Onların məlumatına görə, Zubritski əvvəllər Ukrayna Hərbi Hava Qüvvələrində hərbi pilot olub. 2013-cü ildə Sevastopolda xidmətə göndərilib. 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Zubritski Rusiya Silahlı Qüvvələrində xidmətə keçib. O, aprelin 8-dən BKS-dədir.Ukraynada məhkəmə onu dövlət xaini, fərari adlandırıb və əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin…
Daha çoxAzərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb
Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”, – deyə dövlət başçısı əlavə edib.
Daha çoxRusiya doğum səviyyəsini artırmaq üçün yeni ödəniş tətbiq edir
…Rusiyada doğum səviyyəsini artırmaq üçün tətbiq edilməsinə qərar verilən ailə vergisi ödənişi 2026-cı ildən tətbiq olunmağa başlayacaq. SİA xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. Əmək Nazirliyinin məlumatına görə, yeni ödəniş 10,9 milyon uşaq böyüdən 4,2 milyon ailəni əhatə edəcək. 2025-ci ildə ödənilən fiziki şəxslərin gəlir vergisi altı faiz dərəcəsi ilə yenidən hesablanacaq. Fərq valideynlərə birdəfəlik ödəniş kimi qaytarılacaq; ona hər iki valideyn müraciət edə bilər. …Biz diqqətimizi doğum səviyyəsinin artmasına və ölkə əhalisinin artmasına həqiqətən töhfə verəcək hadisələrə cəmləməyə çalışdıq. Bunu baş nazirin müavini Tatyana Qolikova çoxuşaqlı…
Daha çoxPakistanla sərmayələrin artırılması imkanları müzakirə edilib
Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. SİA-nın məlumatına görə, nazirlikdən bildiriblər ki, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbulda Azərbaycan-Pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. Azərbaycanla Pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib. Qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə…
Daha çoxBiz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Bu günə qədər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Daha çoxMisirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub
Misirin Asyut şəhərində binanın uçması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xədicə Yusef küçəsində dördmərtəbəli binanın uçması nəticəsində altı nəfər həlak olub. Hadisə baş verən əraziyə gedən yollar bağlanıb, xilasedicilər dağıntılar altından həlak olanların meyitlərini və xəsarət alanları çıxarmağa çalışırlar.
Daha çoxBiz hazırda Çin şirkətləri ilə fəal işləyirik
Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Onların şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun.
Daha çox“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
Rumıniya regional və Avropa enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynamağa davam edir. Energetika naziri Sebastiyan İoan Burduja ölkəsinin müxtəlif mühüm enerji layihələrinə cəlb olunaraq enerji təhlükəsizliyini gücləndirdiyini açıqlayıb. Lakin Azərbaycanın enerji təchizatındakı mühüm rolu bu məsələnin mərkəzində dayanır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirin jurnalistlərə verdiyi açıqlamaya görə, Azərbaycan 2020-ci ildən etibarən Avropa İttifaqına qaz tədarük edir və Rusiya ilə enerji əlaqələrinin kəsilməsi nəticəsində bu ölkə Avropanın enerji təchizatında mühüm bir alternativə çevrilib. O qeyd edib ki, Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizinə həsr olunmuş nazirlik toplantısında Azərbaycan…
Daha çox