Makrondan Trampa çağırış
Daha çoxDay: April 9, 2025
ABŞ və Rusiya nümayəndə heyətləri yenidən İstanbulda görüşəcək
ABŞ və Rusiya nümayəndə heyətləri aprelin 10-da İstanbulda Rusiyanın Baş Konsulluğunda ikinci dəfə bir araya gələcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rus heyətinə Vaşinqtona yeni səfir təyin olunması gözlənilən Aleksandr Darçiyev, ABŞ heyətinə isə Dövlət Departamentindən Sonata Koulter rəhbərlik edəcək. Tərəflər ilk dəfə 18 fevralda Ər-Riyadda, daha sonra isə 27 fevralda İstanbulda görüşmüşdü. Görüşlərdə ikitərəfli münasibətlərin normallaşdırılması və Ukrayna müharibəsi müzakirə olunur. Türkiyə bu prosesə ev sahibliyini davam etdirir. Müəllif: Günel Fərzəliyeva
Daha çoxKremldən Türkiyə ilə bağlı AÇIQLAMA
Kremlin sözçüsü Dmitri Peskov aprelin 10-da İstanbulda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağını bildirib. SİA Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri dəyərləndirib. Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda keçiriləcəyi deyilən danışıqlarla bağlı sualı cavablandıran Peskov bildirib: “Tərəfimiz Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacaq. Nazirlik lazım olan məlumatları açıqlayacaq”. Ukrayna prezidenti Vladimir Zelenskinin ukraynalı əsgərlərin təkcə Kursk vilayətində deyil, həm də Belqorod vilayətində olması barədə bəyanatının doğru olub-olmaması ilə bağlı suala Peskov…
Daha çoxTürkiyə və Pakistan dəniz zonasında birgə geoloji kəşfiyyat işlərini planlaşdırır
Türkiyənin Dövlət Neft Şirkəti – TPAO və Pakistanın üç neft-qaz şirkəti Pakistanın 40 dəniz blokunda neft və qaz kəşfiyyatı üzrə tenderdə iştirak etmək üçün birgə təklif hazırlayacaq. SİA xəbər verir ki, bu barədə razılıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldə olunub. Pakistan tərəfdən layihədə “Mari Energies”, “OGDCL” və “PPL” iştirak edəcək. Pakistanın dəniz zonasında neft və qaz kəşfiyyatı üçün tender 2025-ci il iyun 30-da elan ediləcək. Türkiyənin enerji naziri sazişi Ankara ilə İslamabad arasında enerji tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində növbəti addım adlandırıb. Onun sözlərinə görə,…
Daha çoxGecə klubunda ölənlərin sayı 44 nəfərə çatdı
Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb. “Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.
Daha çoxABŞ-ın silah satışı rekord həddə çatdı
Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb. SİA xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib. O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır. “Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ- dan alış-veriş etmək üçün sıraya girirlər “, – Kavoli deyib.
Daha çox“Putin çox riskli addım atmalı olacaq”..?
“Putin çox riskli addım atmalı olacaq”..?
Daha çox“Tramp tətbiq etdiyi tariflərə görə 500 milyon dollar itirdi”
Amerika liderinin kapitalı bir həftə ərzində 4,2 milyard dollara düşüb… …ABŞ prezidenti Donald Trampın sərvəti 500 milyon dollar dəyərində silinib, onun tətbiq etdiyi tariflər qlobal bazarlarda tənəzzülə səbəb olub. Amerika liderinin kapitalı bir həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb. SİA-nın məlumatına görə, bu barədə Forbes xəbər verir. Forbes-in məlumatına görə, ən çox zərər çəkən Tramp Media və Texnologiya Qrupudur. Şirkətin səhmləri üç gün ərzində 8 faiz ucuzlaşıb, payı isə 2,2 milyard dollardan 2 milyard dollara düşüb, 200 milyon dollar itki verib. Kommersiya daşınmaz əmlakı…
Daha çoxABŞ İranı daha sərt sanksiyalarla hədələyib
ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək. SİA xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib. “İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib. Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.
Daha çox“Brent” neftinin qiyməti dörd ilin minimumuna düşüb
London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neftin fyuçers qiyməti 2021-ci ilin aprelin 7-dən bəri ilk dəfə bir barrel üçün 62 dollardan aşağı düşüb. SİA xəbər verir ki, bu barədə hərrac nəticələrindən bəlli olub. Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent”in qiyməti 4,01 % azalaraq bir barrel üçün 61,78 dollar təşkil edib. Saat 23:22-yə “Brent” bir barrel üçün 61,94 dollar (-3,76 %) səviyyəsində hərrac çıxarılıb. Eyni zamanda, 2025-ci ilin may ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neftin fyuçers qiyməti 4,84 %…
Daha çox