Azərbaycanda əmək müqavilələrinin sayı


Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artaraq bu il aprelin 1-nə 1 milyon 886 min 821-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 436 770 vahid artaraq 976 692 olub.

“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər