Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprə dəstək bəyanatını yüksək qiymətləndirib. SİA xəbər verir ki, ŞKTC lideri Azərbaycan dövlət başçısının ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını yüksək dəyərləndirib. “Azərbaycan Prezidentinin bu bəyanatı bizi çox sevindirdi. ŞKTC-yə verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”, – deyə Ersin Tatarın ŞKTC Prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunur. Siyasətçi Azərbaycanla münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib, iki xalqı birləşdirən ortaq dəyərləri və qırılmaz bağları vurğulayıb. Ersin Tatar bildirib…
Daha çoxDay: April 9, 2025
Gələcək kanslerdən Trampa sərt xəbərdarlıq…
…Xristian Demokrat İttifaqı və Almaniya Sosial Demokrat Partiyası arasında koalisiya razılaşması o deməkdir ki, Almaniya dünya işlərinə qayıdıb və ABŞ prezidenti Donald Tramp bunu nəzərə almalıdır. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu gələcək kansler Fridrix Merz deyib. …Almaniya müdafiə öhdəliklərini yerinə yetirəcək və Almaniya öz rəqabət qabiliyyətini gücləndirməyə hazırdır. Xristian Demokrat İttifaqı lideri qeyd edib bunu. Eyni zamanda Merz vurğulayıb ki, Avropa İttifaqı Trampın dünya ölkələrinin əksəriyyətinə tətbiq etdiyi tariflər və rüsumlar sahəsində vahid siyasət hazırlamalıdır. Bundan əvvəl məlum olub ki, Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU)…
Daha çoxHindistanda turistlərlə bağlı yeni qanun qüvvəyə minib…
…Otel və digər yaşayış yerlərində yalnız sənədə uyğun olaraq adınızı qeyd etməlisiniz. Hindistan hakimiyyəti pasportda yazılanlardan fərqli olan hər hansı variantdan istifadəni qadağan edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, aprelin 4-dən etibarən Hindistanda immiqrasiya və əcnəbi vətəndaşlarla bağlı yeni qanun qüvvəyə minib. Deməli, qanunda qanunu pozan turistlər üçün ciddi məsuliyyət nəzərdə tutulur. Beləliklə, Hindistanda qalma və etibarlı sənədlər olmadan ölkədə olma indi üç ilə qədər həbs və 300 min rupiyə qədər cərimə ilə cəzalandırılır. Hindistana etibarlı pasport və viza olmadan giriş qaydaları sərtləşdirilib. Qanunu pozanları 5 ilə qədər…
Daha çoxÇin ABŞ-a səyahət və təhsil barədə vətəndaşlarına xəbərdarlıq edib
Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-a səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib. Çinin Təhsil Nazirliyi isə ABŞ-ın Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan ali təhsil haqqında qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-ın bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib. Qeyd edək ki, hər iki qurumun xəbərdarlığı…
Daha çoxHazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir
Onların (Tramp Administrasiyası – red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə…
Daha çoxÇeçenistanda yol polislərinə hücum edən gəncin fotosu yayılıb…
Kadırov onun ailəsinin rayondan qovulmasını əmr edib Çeçenistan dövlət televiziya və radio şirkəti Qroznı Açxoy-Martanda patrul əməkdaşlarına hücum edən 17 yaşlı yeniyetmə Eskerhan Xumaşevin fotosunu nümayiş etdirib. SİA-nın məlumatına görə, foto respublika başçısı Ramzan Kadırovun hücuma həsr olunmuş iclasından reportajda yer alıb. Hekayədə deyilirdi ki, yeniyetmə kənddəndir və Moskvada yaşayır. Baza daha əvvəl bildirmişdi ki, Xumaşev yol polisi postundan cəmi bir kilometr məsafədə yaşayır. …Deməli, Kadırov Xumaşevin ataları və qardaşlarının, eləcə də yol polisi postuna hücumun təşkilatçılarının rayondan çıxarılması barədə göstəriş verib. O, həmçinin onların…
Daha çoxHəmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb
Həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb
Daha çoxCənubi Koreyanın milli valyutasının məzənnəsi zəifləyir…
Trampın rüsum siyasətinə görə… ABŞ Prezidenti Donald Trampın Çin başda olmaqla xaricdən idxal olunan mallara əlavə rüsumlar tətbiqi ilə qlobal iqtisadiyyatın üzləşdiyi gərginlik fonunda Cənubi Koreyanın milli valyutası olan vonun məzənnəsi zəifləyir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, aprelin 9-da vonun ABŞ dollarına nisbətdə məzənnəsi 1,48-ə enib. Əvvəlki günlə müqayisədə 1 ABŞ dolları 10,8 von bahalanıb. Bu, qlobal iqtisadi böhranla əlaqədar 2009-cu il martın 13-dəki məzənnədən də aşağıdır. Koreya Bankı (BOK) və hökumət valyuta və maliyyə bazarlarının gözləniləndən daha uzun müddət ərzində artan dəyişkənliklə qarşılaşa biləcəyini…
Daha çoxCOVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq – PREZİDENT
COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq – PREZİDENT
Daha çoxHəştərxan vilayətində turistlərin olduğu iki qayıq toqquşub
…Həştərxan vilayətində Axtuba çayında içərisində Moskva vilayətindən olan 6 turistin olduğu iki qayıq toqquşub. SİA xəbər verir ki, Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. …Bu gün Xarabalinski rayonu, Sazanı Uqol kəndində, Axtuba çayında iki qayıq toqquşub, içərisində 6 sərnişin olub. Nəticədə 62 yaşlı qadına tibbi yardım lazım olub, o, xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, məlumatda belə deyilir. Hadisənin bütün iştirakçıları Moskva vilayətinin sakinləridir. Bildirilir ki, bu, 2025-ci ildə regionda kiçik gəmilərin iştirakı ilə baş verən ilk qəzadır. Əli Babayev
Daha çox