SOCAR-da kadr hazırlığı və yerli mütəxəssislərin hazırlanması necə aparılır?

“SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR həm öz işçi heyətinin bilik və bacarıqlarını artırır, həm də ölkə vətəndaşlarının müasir peşə bacarıqlarına yiyələnməsinə töhfə verir”. SİA mövzu ilə bağlı quruma sorğu göndərib. Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin verdiyi cavaba görə, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafı iki əsas istiqamətdə həyata keçirilir: “SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərində təşkil olunan təlimlər: – Bu təlimlər SOCAR əməkdaşlarının bilik və…

Daha çox

Bakı və Pekin sülh və sabitliyi birgə təşviq etmək niyyətindədirlər

Azərbaycan beynəlxalq arenada Çinlə qarşılıqlı əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindədir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin beynəlxalq xəbər televiziya kanalı CGTN-nin saytında dərc olunan məqaləsində deyilir. “Biz beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrimizi gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindəyik. Nəticədə, biz Strateji Tərəfdaşlıq Bəyannaməsinə beynəlxalq hüququn əsas prinsiplərini – ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət,…

Daha çox

Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox və 1,6 % azdır. Hesabat dövründə gəlirlər 101,8 %, xərclər isə 98 % icra edilib. Son nəticədə büdcədə 1 milyard 618,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 97 % çoxdur. “Yanvar-mart aylarında xəzinədarlıq orqanları 320 mindən çox ödəniş tapşırığı yerinə yetirib və büdcə gəlirlərini artıqlaması ilə…

Daha çox

Azərbaycanda 2 yeni BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fıntechcredıt” və “Aventus Azerbaijan” MMC bank olmayan kredit təşkilatlarını (BOKT) dövlət qeydiyyatına alıb. SİA xəbər verir ki, “Fıntechcredıt” hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, mənzil 6, “Aventus Azerbaijan”ın hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14A, mənzil 171-dir. Hər iki BOKT-un nizamnamə kapitalı bu növ maliyyə qurumları üçün müəyyən edilmiş tələbə uyğun – 1 milyon manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Bilal Hilal oğlu Bilallı və Iryna Barskadır.

Daha çox

Ödənişli xidmətlərindən daxilolmalar 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon manat və yaxud 15,1 % çoxdur. Bundan başqa, rüb ərzində büdcəyə sair daxilolmalar 154,9 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 4,5 milyon manat və yaxud 2,8 % azdır.

Daha çox

Büdcəyə daxilolmalar 13% artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 10,4 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və yaxud 13 % çoxdur. Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 22,6 %-i təmin olunub.

Daha çox

Əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Qazaxıstan arasında maliyyə sektorunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Səfər zamanı AMB-nin sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb. Görüşdə AMB-nin həyata keçirdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb. Görüş zamanı Qazaxıstan agentliyinin sədri maliyyə sabitliyinin təmin olunması, bank və sığorta…

Daha çox

“Almaniya tərəfi Azərbaycanın iradını qəbul etdi”

“Bu Almaniya tərəfindən buraxılmış bir səhv idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, əlbəttə səhvin necə baş verdiyini Almaniya Prezident Administrasiyası öz tədqiqatlarında üzə çıxaracaq: “Amma Almaniya kimi nüfuzlu ölkə rəhbərinin sosial şəbəkəsində bağışlanmaz bir səhvin buraxılması dünya mətbuatının diqqətini cəlb etdi. Həmçinin bu Azərbaycanın suverenliyinə, müstəqilliyinə toxunuldu. Azərbaycan da haqlı şəkildə öz etirazını bildirdi. Həmçinin nəzərə alaq ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bu paylaşım Almaniya prezidentinin ölkəmizə səfərindən bir gün öncə baş vermişdir. Almaniya tərəfi Azərbaycanın iradını qəbul etdi, həmin hərəkətə…

Daha çox