Süni intellekt necə insanın dar günündə yanında ola bilər?

“Son dövrlərdə bəzi insanlar süni intellektlə dostluq etdiklərini iddia edirlər. Açığını desək, belə insanların səmimiyyətinə inanmıram. Mənim düşüncəmə görə, bu insanların sosial əlaqələr qurmaqda çətinlikləri ola bilər və bu, bəzən ciddi psixoloji problemlərin əlaməti də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, Allah insanı fitrətən dostluğa meylli, bir dosta ehtiyacı olan şəkildə yaratmışdır: “İnsan, həyatında qarşısına çıxan insanla bir ruh bağlılığı qurmalı, o dostun yanında olmalı, onunla həm sevincli, həm də çətin anlarını bölüşməlidir. Dost, çətin günündə yanında olmalı,…

Daha çox

KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər. KOBİA-dan SİA-ya verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “AIM Congress” çərçivəsində təşkil olunmuş “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri barədə məlumat verib. Həmçinin, KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair fikirlərini bölüşən KOBİA sədri bu sahədə agentlik tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”, eləcə də…

Daha çox

Azərbaycan Prezidenti ilə iranlı nazir fikir mübadiləsi aparıblar

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. SİA-nın məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha çox

Azərbaycan İsraillə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik. İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik”,- deyə o qeyd edib.

Daha çox

Ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək

Azərbaycanda təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.

Daha çox

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb. SİA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb. İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir. “Onları gücləndirməyə davam edəcəyik!”, – Gideon Saar əlavə edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz

Daha çox

Azərbaycanla Pakistan qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Azərbaycan və Pakistan qarşılıqlı investisiyaların təşviqi ilə bağlı müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, onun Pakistana səfər zamanı bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə aparılıb. “Azərbaycanla Pakistan iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələlərlə bağlı, qarşılıqlı investisiyaların təşviqi, enerji sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin gücləndirilməsini nəzərdə tutan layihələr barədə müzakirələr aparıb”, – deyə M.Cabbarov vurğulayıb.

Daha çox

Cəbrayılda smart televizorlar istehsal ediləcək

Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Məlumata görə, “Taube Electronics” MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq. Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır. Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci…

Daha çox

Azərbaycanda “bug bounty” proqramına başlanılıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə boşluqların tapılmasına görə mükafatlandırma “bug bounty” proqramına start verir. SİA xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Bildirilir ki, proqram aprelin 15-dən iyulun 31-nə qədər həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər *.GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcək. Sonda ən çox…

Daha çox