Bu ilin yanvar ayında 88 auditor təşkilatı və 33 sərbəst auditor “Auditorun şəxsi kabineti” sisteminə ümumilikdə 650 auditor xidməti müqaviləsi daxil edib. SİA xəbər verir ki, bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatında bildirilir. Daxil edilən müqavilələrdən 6-sı “icra olunub”, 122-si üzrə “rəy verilib”, 522 müqavilə isə “icradadır” statusu ilə sistemdə qeydə alınıb. Məlumata əsasən, ay ərzində sistemə daxil edilmiş 464 MHA (Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) hesabatlarının auditi) müqaviləsindən 430-u məcburi, 34-ü isə könüllü audit subyektlərinə aid olub. Bu da müvafiq olaraq 92,7 %…
Daha çoxDay: April 8, 2025
“Ağdaban kəndində törədilən soyqırım ən ağır faciələrdən biridir”
“Ermənilər Azərbaycan ərazisində BMT-nin beynəlxalq hüquqlarına əsaslanan ən ağır cinayətlərini törədib. Bu soyqırım cinayətlərini 1918-ci ildə, 1948-ci ildə, həmçinin 1953-cü ildə Azərbaycandan deprtasiyası zamanı Qərbi Azərbaycanda, eyni zamanda 1988-ci ildən başlayan müharibədə, Xocalıda, Qazaxın Bağanıs Ayrım kəndində, Xocavəndin Qaradağlı kəndində və Kəlbəcərin Ağdaban kəndində törədiblər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Kəlbəcərin Ağdaban kəndində törədilən soyqırım ən ağır faciələrdən biridir: “Xocalı, Qazaxın Bağanıs Ayrım kəndində, Xocavəndin Qaradağlı kəndində və Kəlbəcərin Ağdaban kəndində törədilən soyqırımlar, 1988-ci ildən bəri prosesin içində fərqlənən ən ağır faciələrdir. Allah…
Daha çoxBakıda orta əməkhaqqı 9 %-dən çox artıb
Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib. Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb. Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar ayına nisbətən 12,8 % artaraq 1 062,9 manat təşkil edib.
Daha çoxBaş Prokurorluğun idarə rəisi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib
Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasına fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Şura üzvləri beynəlxalq təşkilatın üzv dövlətlərinin konfransında seçilir. Azərbaycanlı nümayəndə ilə yanaşı, Avstriya, ABŞ, Çin, Qətər, İordaniya, Kot Divuar və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Təşkilatının nümayəndələrini də əhatə edib. İclasda Şura üzvləri Akademiyanın illik fəaliyyətini, o cümlədən təşkilati tədbirləri və maliyyə durumuna dair hesabatı dinləyərək qurumun növbəti ildə effektiv fəaliyyət göstərməsi üçün tələb olunan bir sıra…
Daha çoxNaxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar
Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli kredit ayırıb. SİA xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 4,6 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 7,1 dəfə artıb. “Builki kredit ayrılmış layihələr üzrə 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir əvəzi əlavə edib. O, həmçinin deyib ki, yanvar-mart aylarında maliyyə dəstəyi verilmiş…
Daha çoxÇinin “Orta Dəhliz” marağı
Qatarlar yaxın vaxtlarda Avropaya malları Rusiya vasitəsilə deyil, Azərbaycan və Türkiyə vasitəsilə çatdıracaq Ukrayna böhranı və Qırmızı dənizdə husilərin yük gəmilərinə hücumları Pekini Çinin əsas ticarət tərəfdaşı olan Aİ-yə yeni ticarət yolları axtarmağa vadar edir. Donald Tramp Çini tariflərlə Amerika bazarlarından sıxışdırmağa davam edərsə, bu vəzifə daha da aktuallaşacaq. Çin, Qırğızıstan və Özbəkistan dekabr ayında Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən keçərək Çini Avropaya logistik baxımdan yaxınlaşdıracaq dəmir yolunun tikintisinə başlayacaqlarını açıqlamışdı. Çindən Avropaya marşrutların istiqamətinin dəyişdirilməsi Rusiya iqtisadiyyatına zərər verəcək, lakin Pekin-Moskva əlaqələrinə təsir etməyəcək. The Economist jurnalı yazır…
Daha çox“Bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür”
“Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsində problem var. Yaponiyada olduğu kimi bizdə də bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür. Amma həmin gəliri qazanmaq üçün bu bərk məişət tullantılarının idarə etməsini təşkil etmək lazımdır. Həmçinin bu idarəetməni özəl sektor həyata keçirməlidir. Bizdə isə əsasən hökumət sektoruna aiddir. Yəni bərk məişət tullantıların idarə edilməsi ilə dövlət məşğul olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, “Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Kommunal Xidmətlər MMC”-si var: “Əsasən isə həmin idarə, bərk məişət tullantılarının idarə edilməsi ilə məşğuldur. Təbii…
Daha çoxBayramov və Saar BƏƏ-də ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Bayramov və Saar BƏƏ-də ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Daha çoxBirbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
Birbank müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir. SİA xəbər verir ki, artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq. Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al” balansına əlavə olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir. Qeyd edək ki, “ƏDV geri al” portalında bir istifadəçi…
Daha çoxİlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını dedi. Dövlət başçısı Fərzanə Sadiqinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirdi və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və…
Daha çox