“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana bu səfəri onun Prezident kimi ilk rəsmi səfəridir. Bu səfər çox mühüm əhəmiyyət kəsb edirdi, çünki Avropa İttifaqında Azərbaycan üçün Almaniya ən mühüm tərəfdaşlardan biridir. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olub. 1992-ci ilin yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyıb, fevralın 22-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin ilin sentyabrın 2-də Azərbaycan Almaniyanın paytaxtı Berlində səfirlik açıb. Sentyabrın 22-də isə Almaniya Bakıda öz səfirliyini təsis edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib. Onun sözlərinə görə, bu səfirliklərin fəaliyyəti ilə…
Daha çoxDay: April 8, 2025
Mərkəzi Bankın “AniPay” mobil ani ödəniş sistemində tətbiqində nə baş verir?
“Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müasir, innovativ ödəniş həlli kimi istifadəçilərə təqdim olunan “AniPay” mobil tətbiqində yeni istifadəçilərin qeydiyyatı artıq bir neçə aydır ki, dayandırılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov deyib. Onun sözlərinə görə, müasir standartlara cavab verən və minlərlə müştərinin istifadə etdiyi “AniPay” mobil tətbiqində Anipay sistemində yeni istifadəçilərin qeydiyyatının qeyri-mümkünlüyü “xidmət keyfiyyətinin artırılması məqsədi ilə aparılan texniki işlərlə bağlı qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılmışdır” kimi izah edilir: “Yeni istifadəşilərin qeydiyyatının dayandırılması və qeyd olunan texniki işlərin Mərkəzi Bank…
Daha çoxİntensiv yağış yağacaq, güclü külək əsəcək
Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan…
Daha çox“Azərbaycan Zəfər diplomatiyasını daha da genişləndirməlidir”
“Ermənistanın hərbi-siyasi təxribatları davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, bir tərəfdən Azərbaycanın mövqeləri intensiv surətdə atəşə tutulur: “Digər tərəfdən siyasi sahədə də ölkəmiz əleyhinə müxtəlif təxribatlar baş tutur. Bu, həm də erməni lobbisi təşkilatlarının ölkəmizi ləkələmək, hüquqi zəmində ölkəmiz haqqında müəyyən mənfi təəssüratlar yaratmaq məqsədilə edilməkdədir. Vətən müharibəsində lokal xarakterli antiterror əməliyyatlarından sonra bu hücumlar aktiv görünməkdədir. Bütün bunların məqsədi sülh prosesinə zərbə vurmaq, Azərbaycanın tələblərini yerinə yetirməmək və sülh müqaviləsinin imzalanmasından yayınmaq xarakteri daşıyır. Uzun müddətdir ki, Azərbaycanın diplomatik fəaliyyəti həm ölkəmiz…
Daha çoxSosial sığorta haqları üzrə daxilolmalar 150 milyon manatdan çox artıb
2025-ci ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 manatdan çox olub. Bu barədə SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Qeyd edilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artaraq 963,5 milyon manatdan çox təşkil edib. Bildirilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb və 52,3 milyon manat olub. Qeyri-büdcə…
Daha çoxVilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 7-də və 8-də Şəki Şəhər Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 312 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin…
Daha çox“Bu tədbir artıq 11-ci dəfədir ki, ölkəmizdə keçirilir”
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI toplantısının keçirilməsi ciddi bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, bu tədbir artıq 11-ci dəfədir ki, ölkəmizdə keçirilir: “Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı qlobal miqyasda artan rolunun göstəricisi kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi layihəsinin vasitəsilə məhz 12 ölkə hal-hazırda öz enerji təminatını həyata keçirməkdədir. Bunlar “TAP”, “TANAP” layihələri daxil, dəhliz vasitəsilə Avropanın gələcək enerji təhlükəsizliyində də Azərbaycanda önəmli rol oynayacaq. Bu dəliz vasitəsilə yaxın illərdə 30 milyard kub metr…
Daha çox“Biz bu gün haqlı mübarizəmizi davam etdiririk”
“Ağdaban faciəsi müasir Azərbaycan tarixinin ən böyük dəhşətli səhifələrini özündə əks etdirib”. Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, bu faciə Azərbaycan xalqına qarşı misli görülməmiş cinayətlərdən biri hesab olunur: “Bu faciədən bir ay əvvəl Xocalı soyqırımı baş vermişdi. Həm Xocalı faciəsinin, həm də Ağdaban faciəsinin baş verməsi Azərbaycan xalqının gözünü qorxutmaq, azərbaycanlıları etnik təmizləməyə, genosidə məruz qoymaq istəyindən irəli gəlirdi ki, bu da Ermənistan silahlı qüvvələri və onunla bağlı silahlı terrorçu dəstələrin məqsəd və niyyətlərindən hesab olunur. Bu faciə nəticəsində azərbaycanlılara qarşı 130-dan artıq evin yandırılıb,…
Daha çoxAzərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 milyon manat olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6 % artaraq 963,5 milyon manat təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14 % artaraq 52,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 % artaraq 39,5 milyon manata…
Daha çoxMəcnun Məmmədov Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. SİA nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb, Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi qeyd olunub. Nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə əyani tanış olublar. Daha sonra…
Daha çox