I rübdə sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb

Bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb. Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər. “ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, – deyə qurumun…

Daha çox

Gürcüstan Avropa diplomatiyasının rəhbərinə müraciət edib

…Tbilisi meri və hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa Gürcüstanı sanksiyalarla qorxutmamağı tövsiyə edib. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib. …Kallas bizi sanksiyalarla qorxutmasın. Biz ölkəmizi, ölkəmizin maraqlarını müdafiə edirik. Bunu deyən Kaladze vurğulayıb ki, Kallas “gürcü xalqının lideri” ola bilməyəcək. O, ona “bunu kiminlə yaşadığına” əmr verməyi tövsiyə etdi. Qeyd edək ki, aprelin 2-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos birgə bəyanat…

Daha çox

Qəbr daşları necə olmalıdır?

İslam dininin ənənəərinə görə qəbr daşları sadə olmalıdır. Hətta bu qayda şəriət qanunlarında da öz əksini tapıb. Bir çox müsəlman ölkələrində misal olaraq Türkiyədə, Ərəbistanda və s başqa yerlərdə insanların qəbr daşları sadədir və gözə çarpa deyil. Lakin ölkəmizdə xüsusilə də son illərdə dəbdəbəli qəbr daşlarının sayı getdikcə çoxalıb. Hətta insanlar öz yaxınlarını yad etmək məqsədi ilə qəbr daşlarını heykəllərlə də əvəz edirlər. Bəs gəlin görək İslam dinində qəbr daşlarının bu cür bəzədilməsi məqbul sayılımır. Qəbirüstü daşlar necə olmalıdır? Azərbaycanda necədir? Bununla bağlı hər hansı qanuna və ya inzibati qaydada…

Daha çox

AMB “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” 50 min manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib.

Daha çox

Azərbaycan və Pakistan biznes tərəfdaşlığını şaxələndirməyi müzakirə edib

Azərbaycan və Pakistan arasında biznes tərəfdaşlığının şaxələndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Pakistana səfər çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə baş tutub. “Ölkələrimizin işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi apardıq”,- deyə nazir qeyd edib.

Daha çox

Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Dini Komitədən məlumat verilib. Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə…

Daha çox

BP beynəlxalq təhsil resurslarını Azərbaycana gətirir

Bu gün BP şirkəti “The Limits of the Market: The Pendulum Between Government and Market” (“Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas”) adlı kitabın Azərbaycan dilinə tərcümə variantını ictimaiyyətə təqdim edib. SİA “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu layihə BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir. Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində BP-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixtisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir. Kitabın müəllifi London İqtisadiyyat…

Daha çox

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, R.Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz…

Daha çox

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Daha çox

Azərbaycan və İsrail şirkəti Orta Dəhliz çərçivəsində daşımaları müzakirə edib

Azərbaycan və İsrailin “ICL Group” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhli)z çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında müzakirələr aparıb. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, “ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edilib. Naizr qeyd edib ki, bundan başqa, İsrailin “Elbit Systems” nümayəndələri ilə görüşdə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi diqqət mərkəzində olub: “Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları…

Daha çox