Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyiblər. Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür. Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri…

Daha çox

Benderdə Dnestryanı və Moldova nümayəndələrinin görüşü keçirilib

…Benderdə tanınmamış Pridnestroviya Moldova Respublikası (PMR) və Moldovanın nümayəndələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Dnestryanı Xarici İşlər Nazirliyinin rəhbəri Vitali İqnatyev bildirib. …Sizə məlumat vermək istərdim ki, ATƏT-in Bender şəhərindəki missiyasının ofisində biz Moldova və Dnestryanı bölgənin siyasi nümayəndələrinin sözün əsl mənasında respublikamızın ərazisindəki görüşünü keçirdik, – deyə siyasətçi bildirib. İqnatyev xatırladıb ki, Moldova Kişinyov və Tiraspolun siyasi nümayəndələri arasında görüş keçirməkdən bir neçə dəfə imtina edib. O, tərəfləri Benderdə keçirilən bu danışıqlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədrinin xüsusi nümayəndəsi…

Daha çox

Azərbaycan qeyri-neft-qaz ixracını 15 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib. SİA bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 15,1 % artaraq 224,7 milyon ABŞ dolları olub. Hesabat dövründə ölkədən ixrac olunan qiymətli və yaxud azqiymətli daş və metalların dəyəri 46,7 milyon ABŞ dolları və yaxud 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 9,1 milyon ABŞ dolları və…

Daha çox

Çin XİN-ni Vance-in “Çinli kəndlilər” haqqında sözlərinə reaksiya verdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ-ın vitse-prezidenti J.D.Vensin “Çin kəndliləri” ilə bağlı fikirlərini şərh edib. SİA-nın məlumatına görə, “China News Service” xəbər verir ki, o, onları “cahil və kobud” adlandırıb. Bundan əvvəl Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, qloballaşan iqtisadiyyat ABŞ-a sərf etmir, ölkədə qiymətlərin aşağı düşməsinə və yeni iş yerlərinin açılmasına töhfə vermir. Onun sözlərinə görə, bu, iki prinsipə əsaslanır: başqa ölkələrin ABŞ üçün istehsal etdiyi malları almaq üçün böyük borclar toplamaq. Nümunə olaraq Vance qeyd etdi ki, ABŞ “Çinli fermerlərin istehsal etdiklərini onlardan almaq üçün…

Daha çox

Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

Türk Dövlətləri Təşkilatı (TDT) səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüş keçirib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna diqqət və dəstəyi qeyd edilib. Səhiyyə naziri Teymur Musayev ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən…

Daha çox

Azərbaycanda iqtisadi təmərküzləşmə üzrə baxılan müraciətlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 36 müraciətə baxıb. SİA Agentliyə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. “İqtisadi təmərküzləşmələrə nəzarət bazarda rəqabətin qorunmasına xidmət edir. Təsərrüfat subyektlərini innovativ inkişafa təşviq etməklə, istehlakçılara uyğun qiymət və yüksək keyfiyyətli məhsulların təqdim olunmasını təmin edir. Bu isə son nəticədə iqtisadiyyatın davamlı inkişafına töhfə verir”, – deyə agentlik bəyan edib.

Daha çox

Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqlə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb. Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq…

Daha çox

Avropa Ukraynadan real təhlükə görür

…Slovakiyanın “Hlavný dennik” (HD) qəzeti yazır ki, Avropanı axmaqlıq və rusofobiya idarə edir, baxmayaraq ki, əsl təhlükə Ukraynadan gəlir. Nəşrin müəllifi İvan Brojikin fikrincə, Avropanı axmaqlıq və quduz rusofobiya idarə edir. Jurnalist təklif edib ki, son illərdə təbii olaraq “ukrofoba” çevrilən tək o deyil. O qeyd edib ki, Ukrayna məsələsində bu, uydurma fobiya deyil. SİA-nın məlumatına görə, nəşrin köşə yazarı da Ukrayna millətçi şüarının əleyhinə çıxış edib. Brojik qeyd edib ki, o, bu təxribatdan yorulub və bu cür qışqıranlara qarşı cinayət məcəlləsinin bütün şiddəti ilə tətbiq edilsə, şad olardı. Eyni…

Daha çox

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda saniyədə 14 metrədək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan Muxtar…

Daha çox

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 12 dəfəyə yaxın artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Resoublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur. SİA xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, yanvar-mart aylarında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb. “Ötən ilin eyni dövrünə nisbətən yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə artıb”, – deyə nazir əvəzi qeyd…

Daha çox