Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,39% artaraq 3 014,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,46% artaraq 30,04 ABŞ dollarına bərabər olub.

Daha çox

XİN Ağdaban faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, nazirliyin “X” sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. “1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Allah…

Daha çox

“İnsan beyni qarşıda duran hadisəyə ciddi yanaşır”

“Bəzi şəxslərin günün müəyyən saatında proqramı varsa, o saata qədər başqa iş görə bilmir, zamanı planlamaqda, işlərini qurmaqda çətinlik çəkirlər. Bu hal psixologiyada çox zaman time blocking effect (zamanı bloklama effekti) anlayışı ilə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, insan beyni qarşıda baş verəcək hadisəyə hazırlaşmaq üçün enerji ayırır və bu hazırlıq, xüsusilə hadisə vacibdirsə (məsələn, bir təqdimat, görüş və ya imtahan), diqqəti və enerjini sanki həmin vaxta ehtiyat kimi saxlayır: “Bu vəziyyətin bir neçə əsas səbəbi var. Əsas…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.91% – 37,965.60 bəndədək, S&P 500 indeksi 0.23% – 5,062.25 bəndədək azalıb, Nasdaq indeksi isə 0.10% – 15,603.26 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 4.38% – 7,702.08 bəndədək, Fransanın CAC-40 indeksi 4.78% – 6,927.12 bəndədək, Almaniyanın DAX indeksi 4.13% – 19,789.62 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.49% artaraq 1.0965 dollar təşkil edib.

Daha çox

ARDNF I rübdə büdcə öhdəliyini tam icra edib

Bu ilin I rübündə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 3 milyard 620,3 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və yaxud 13,3 % çoxdur. Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüblük ödəniş tam icra edilib.

Daha çox

“İnsanlar sanki həyatlarını başqalarına göstərmək üçün yaşayırlar”

“Kariyera məsələsi olduqca önəmlidir. Ona görə ki, hər bir fərd gələcəkdə hər hansı bir iş əldə etmək üçün öz şəxsi kariyerasında müəyyən müsbət göstəricilərə malik olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib. O bildirib ki, ali təhsilli olmaq, nüfuzlu universitetlərin məzunu olmaq, başqa ölkələrdə müəyyən təcrübə proqramlarının iştirakçısı olmaq, yaxud, magistratura, doktorantura təhsili almaq, xarici dil biliklərinə yiyələnmək, praktik iş bacarıqları qazanmaq bütün bunlar bir şəxsin kariyerasında vacib məsələlərdir: “Hər hansı gənc öz kariyerasında bunları düşünərək real addımlar atırsa, praktik olaraq böyük təcrübə keçirsə, bu, artıq…

Daha çox

Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə regionda sülh səylərini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial media hesabında paylaşım edib. Nazir görüş zamanı iki ölkə arasında geniş spektrli sahələr üzrə mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi perspektivlərinin müzakirə olunduğunu bildirib. “Münasibətlərimiz möhkəm siyasi dialoqa təkan verən və iqtisadiyyat, ticarət, investisiyalar, eləcə də enerji təhlükəsizliyi kimi əsas sektorlarda mənalı əməkdaşlığa imkan verən ümumi dəyərlərə müştərək öhdəliyə söykənir. Biz həmçinin münaqişədən sonra yenidənqurma, minalardan təmizləmə təşəbbüsləri və regionda…

Daha çox

Azərbaycan neftinin qiyməti 68 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları, yaxud 2,15 % azalaraq 68,14 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,68 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,19% azalaraq 66,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…

Daha çox

AHİK-də deputatlarla görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə komitə sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvlər – Azər Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı və AHİK nümayəndələri iştirak ediblər. Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Tədbirdə AHİK-də…

Daha çox

İCMA QH Parlament Şəbəkəsinə təşəkkür edib

Qərbi Azərbaycan İcması Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub. Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib. “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin…

Daha çox