7-ci ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər


ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək. SİA xəbər verir ki, səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Əlaqəli Xəbərlər