Şimali Koreyada son 6 ildən sonra ilk yaşandı


Aprelin 6-da Pxenyanda Beynəlxalq Pxenyan Marafonu keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi məlumat yayıb . Qeyd edilib ki, ənənəvi olaraq idmançılar tam marafonda (42 km 195 m) və yarımmarafonda (21 km 97 m), həmçinin 10 və 5 km məsafəyə yürüşlərdə iştirak ediblər. Marşrut KXDR paytaxtının mərkəzindən keçib. Marafona koreyalı idmançılar və həvəskarlardan əlavə 200-dən çox əcnəbi qatılıb, təşkilatçılar tərəfindən müəyyən edilmiş ciddi vaxt çərçivəsində qeydiyyatdan keçib şəhərə çatmağı bacarıb.

Əlaqəli Xəbərlər