“Auditor xidməti haqqında” qanuna uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məcburi audit subyektlərinə müraciətində bildirilir. Nazirlik bəyan edib ki, qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir…
Daha çoxDay: April 7, 2025
“Xarici qüvvələr onlardan alət kimi istifadə edir”
“Ermənistanın pozucu hərəkətləri sistemli xarakter alıb. Biz görürük ki, rəsmi İrəvan qətiyyən sülh barədə düşünmür. Düzdür, Ermənistan sülh haqqında çox danışır, amma kənarda onun ziddinə işləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Ermənistan bir tərəfdən dedi ki, onlar sülhə tam hazırdırlar, digər tərəfdən isə dedilər ki, Azərbaycan sülhü istəmir, halbuki sülhün gündəliyini Azərbaycan tərtib edib: “Prezident İlham Əliyev beş baza prinsip paketini Ermənistana göndərib. Ermənistan demaqogiya və manipulyasiya ilə məşğuldur. Martın 31-də Ermənistanın nümayəndə heyəti İsveçrədə Xarici İşlər Nazirliyinin xətti ilə görüşlər keçirdi. Onlar yenidən Azərbaycanın…
Daha çoxMəhkəmə hansı şəxsdən aliment tuta bilər?
“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş Azərbaycan Respublikasında son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. O bildirib ki, ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmiş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı…
Daha çoxAzərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə start verilir
Bu həftə Sofiyada “Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl enerji dəhlizi”nin reallaşdırılması üzrə texniki işlərə start veriləcək. Bu barədə SİA Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir. “Bu həftə Bolqarıstanda dörd ölkənin Bakıda memorandum imzaladığı “yaşıl enerji dəhlizi”nin yaradılması üzrə texniki işlərə başlanacaq. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada bir araya gələcəklər”, – nazirlikdən bildirilib. Bolqarıstanın Energetika Nazirliyi dəqiqləşdirib ki, memorandumun imzalanması ilə dörd ölkənin nazirləri dərhal nazir müavinləri səviyyəsində işçi qrupunun formalaşdırılması barədə razılığa gəliblər. “Texniki-iqtisadi əsaslandırmaların hazırlanması prosesinin başlanmasının texniki detalları iyun ayına qədər…
Daha çoxBakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. SİA xəbər verir ki, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb. Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir.…
Daha çoxMaliyyə Nazirliyi təşkilatlara müraciət edib
Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə nazirliyə təqdim edirlər. Qanunun 12.3-cü və 12-1.9-cu…
Daha çoxErmənistan təxribatçı əməllərinə niyə son qoymur?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir? – Çalışırlar ki, Azərbaycanla Ermənistan arasında yenidən qarşıdurmanı gücləndirsinlər. Müəyyən güc sahibi olan dövlətlər istəmirlər ki, Qafqazda sabitlik olsun. Bu baxımdan da, bütün vasitələrlə çalışırlar ki, Paşinyanı yenidən müharibəyə cəlb etsinlər, onu hakimiyyətdən devirsinlər. Paşinyanın seçdiyi yol qərbmeyilli yoldur. Stabilliyi pozmaqdan ötrü sərhəddə toqquşma yaratmağa başlayırlar. Heç bir şey edə bilməyəcəklər. Cənab Prezidentin bu sahədə apardığı uğurlu iş, Qarabağın…
Daha çoxNaxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq. İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq. Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.
Daha çoxAilənin formalaşmasına təsir edən böhranlı dövrlər
“Ailə kiçik dövlətdir və bu dövlətin qorunmasında ər və arvad arasındakı münasibətlər önəmli yer tutur. Ailə münasibətlərinə zərbə vuran ər-arvad arasında baş verən konfliktlərdir ki, bunlar da ailənin inkişafına və formalaşmasına mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloq bildirib ki, konfliktlər əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Bu tələbatlara öz “mən”inin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik, müsbət emosiyalara olan tələbatın ödənilməməsi, istirahət vaxtının təşkilinə ərlə-arvadın tələblərinin müxtəlifliyi, müsbət emosiyalara olan tələbatın ödənilməməsi və s. aiddir: “Bunlarla…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,51% artaraq 3051 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 3.04% artaraq 30.12 ABŞ dollarına bərabər olub.
Daha çox