Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məsələ müzakirə olunub. İclasda Mehdi Ədalət oğlu Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.
Daha çoxDay: April 7, 2025
“Dərnəgül” elektrik deposunda abadlıq və yaşıllaşdırma işləri aparılacaq
“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunda ümumilikdə müasir görünüşlü abadlıq və yaşıllaşdırma işləri aparılacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. Onun sözlərinə görə, yeni yaşıllıqların salınması zamanı məhz köçürüləcək ağaclardan istifadə olunacaq: “Çəmənliklərin və kol bitkilərinin salınması zamanı 1000-dək ağac və kolun əkilməsi nəzərdə tutulub. Bu tədbirlər həm ərazinin ekoloji tarazlığının gücləndirilməsi, həm də işçilərin asudə vaxtı, əmək və iş şəraitinin təşkili tədbirlərinin tərkib hissəsidir. İnşaat işlərinin ilk mərhələsindən yaşıllıq zonalarının salınması və ən əsası, ağaclara vaxtında…
Daha çoxBakı və Sumqayıt Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək
Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb. Bununla bərabər, Allahverdiyev Elbəy…
Daha çoxMoldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır
Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalına maraq göstərir. Bu barədə SİA-ya Moldovanın Energetika Nazirliyinə istinadən xəbər verib. “Energetika naziri Dorin Cungiyetu Bakıya rəsmi səfəri çərçivəsində aprelin 4-də bir sıra yüksək səviyyəli görüşlər keçirib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə danışıqlar zamanı nazir Moldovanın enerji mənbələrinin şaxələndirilməsində və Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlı olduğunu bildirib”, – məlumatda bildirilib. D.Cungiyetu həmçinin Moldovanın enerji bazarına Azərbaycan şirkətlərindən investisiyaların cəlb edilməsi məsələsini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. “Biz SOCAR-ın Moldovaya digər ölkələrlə…
Daha çoxBu rayonların apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müvafiq məsələlər müzakirə olunub. Sənədə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub. Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun…
Daha çoxSahibə Qafarovanın sədrlik müddəti uzadılıb
Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi ilə bağlı qərar qəbul olunub. SİA xəbər verir ki, bununla bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında müzakirə aparılıb. Qeyd edilib ki, həmçinin sədr müavinlərinin də səlahiyyət müddəti növbəti dövr üçün artırılacaq. Konfransda bununla bərabər, Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi…
Daha çox84 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə təmin olunub
Bu ilin yanvar-mart aylarında 84,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub. 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib. Qeyd olunan dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Daha çoxAzərbaycan Cibutidə keçirilən beynəlxalq forumda təmsil olunur
Azərbaycan Cibutidə keçirilən beynəlxalq səviyyəli “Cibuti Forum 2025” tədbirində iştirak edir. SİA foruma istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini Bəhruz Bəhramov təmsil edir. Forumu Cibutinin Suveren Sərvət Fondu (Fonds Souverain de Djibouti) təşkil edib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdiriləcək. Bundan başqa, forum maraqlı şəxslər arasında əməkdaşlığı inkişaf etdirmək və bütün subregion üçün strateji investisiyaları sürətləndirmək üçün baş direktorları, investorları və digər şəxsləri bir araya gətirir.
Daha çoxErməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən David Manukyan epizodlar üzrə prokurorların suallarına cavab veriblər. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma,…
Daha çoxPalandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq
Türkiyənin şərqində yerləşən Erzurum vilayəti, 2025-ci ilin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Paytaxtı olaraq təyin edilib və 26-27 aprel 2025-ci il tarixlərində Palandöken İqtisadi Forumuna ev sahibliyi edəcək. SİA xəbər verir ki, böyük həyəcanla gözlənilən Forumun mövzusu “Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik” olacaq. Forum, rəqəmsal transformasiyanın təsirini, xüsusilə süni intellektin (AI) rolunu müxtəlif iqtisadiyyatlar baxımından müzakirə etmək üçün dövlət rəsmiləri, alimlər və biznes peşəkarları da daxil olmaqla seçilmiş beynəlxalq şəxsiyyətləri bir araya gətirəcək. Forumun əsas beş sessiyası və iki xüsusi sessiyasında, müxtəlif İƏT ölkələrindən olan əsas…
Daha çox