“Bakıda Cənub Qaz Dəhlizi kimi tədbirlərin keçirilməsi əlbəttə ki, növbəti dəfə Azərbaycanın qlobal səviyyədə əhəmiyyətini təsdiq etmiş olur. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan ön plana çıxıb. Özəlliklə də, Rusiyanın Ukraynaya təcavüzü, uzun sürən müharibə və Rusiyanın xüsusəndə Qərbə münasibətdə təcavüzkarlığı, Avropanı, ABŞ-ni bu dövlətlə daha ehtiyatlı və məsafəli davranmağa sövq edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Avropanın enerji təchizatında Rusiya əsas rol oynayırdı: “Təbiidir ki, mühairbə başladıqdan sonra Qərb ölkələri Rusiyanın neftindən qazından imtina etməyə başladılar və alternativlərə ehtiyac duyuldu. Belə bir şəraitdə…
Daha çoxDay: April 7, 2025
Milli Məclisin deputatları QDİƏT PM-in tədbirində iştirak edəcəklər
Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq. Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.
Daha çoxSon iki ildə sərnişin sayı 4 milyon nəfərə çatıb
Son iki ildə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərnişin sayı 1,8 milyon nəfər və 1,8 dəfə artaraq 4 milyona çatıb. SİA xəbər verir ki, bu gün AZAL-ın aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür. Bildirilib ki, 2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin “AerCap” və “CDB Aviation” şirkətləri ilə “Airbus” təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə…
Daha çoxAzad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır
Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, 2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Qeyd edilir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir. Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir,…
Daha çoxAzərbaycan enerji təhlükəsizliyi təminatında qlobal tərəfdaş kimi mövqeyini möhkəmləndirir
Müasir dövrdə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinə keçid məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycanın geostrateji mövqeyi və enerji resursları, xüsusilə də Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır. Cari ilin 4 aprel tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji əməkdaşlığının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı yalnız regionun deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyi, yaşıl enerji keçidi…
Daha çox“Dərnəgül” elektrik deposunun inşasında dair son vəziyyət açıqlanıb
“Bakı metropoliteni” QSC-nin yeni inşa olunan “Dərnəgül” elektrik deposu “28 May” stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biridir. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda həm Qırmızı, həm də Yaşıl xətlərə yalnız “Nərimanov” elektrik deposu xidmət göstərir. Lakin bu depo yalnız bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin artan tələbatını tam qarşılamır. Yeni “Dərnəgül” elektrik deposu Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126–3127-ci məhəlləsində yerləşən 16,5 hektara yaxın ərazidə inşa olunur. Sahə dəmir yolu xəttinə çıxışı da əhatə etməklə hasarlanıb. Ərazinin mürəkkəb və müxtəlif relyef xüsusiyyətləri…
Daha çoxMetronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunel tikiləcək
“Bakı Metropoliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib. “Bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”, – deyə o qeyd edib. Bundan başqa, metropoliten rəsmisi deyib ki,…
Daha çox“Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib”
“Hal-hazırda İran-Azərbaycan münasibətləri, əsasəndə İkinci Qarabağ müharibəsinin bitməsindən sonra xeyli inkişaf etməkdədir. Azərbaycan İranla qonşu dövlət olduğunu və Azərbaycan Prezidentinin, həmçinin dövlətin digər rəsmilərinin hər zaman qonşuluq münasibətlərinə üstünlük verdiyinin şahidi olmuşuq. Prezident İlham Əliyev hər zaman özünün qonşu dövlətlərlə bağlı çıxışı zamanı, o cümlədən İranla bağlı fikirlərini səsləndirərkən bərabərhüquqlu əməkdaşlığa, həmçinin normal qonşuluq siyasətinə üstünlük verdiyimizi dilə gətirib”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, bu məqamda həmişə vurğulanıb ki, Azərbaycan-İran dini, mədəni, tarixi və coğrafi dəyərləri bölüşdürən, eyni…
Daha çoxSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv…
Daha çoxBakı metrosu yaxın 5 ildə 300 yeni vaqon alacaq
“Bakı Metropoliteni” QSC 2030-cu ilə qədər 300 yeni vaqon almağı planlaşdırır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib. “Vaqonların hansı ölkədən alınacağı hələ ki, məlum deyil. Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”, – deyə o qeyd edib.
Daha çox