“Bu gün Ağdaban faciəsinin 33-cü ildönümüdür”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban kəndi tamamilə vəhşicəsinə yandırılıb və yer üzündən silinib: “Kəndin 800-ə yaxın dinc sakini işgəncələrə məruz qalıb. 33 nəfər qətlə yetirilib, 8 nəfər isə 90-100 yaş arası ahıl insanlar, 2 azyaşlı uşaq və 7 qadın diri-diri yandırılıb. Üstündən 33 il keçməsinə baxmayaraq, ermənilər tərəfindən törədilən bu vəhşilik hələ də öz layiqli qiymətini almayıb. Təəssüf ki, bu faciə ilə əlaqədar…
Daha çoxDay: April 7, 2025
Azərbaycanda əhalinin sayının artımı ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir
Demoqrafiq artımla əlaqəli dövlət proqramının qəbul olunması müzakirə edilməli və bununla bağlı hökumətə təkliflər verilməlidir. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib. O qeyd edib ki, çoxuşaqlı ailə anlayışına da baxılması vacibdir.
Daha çoxUşaq arabası alarkən nələrə diqqət etməliyik?
Uşaq arabası seçərkən nələrə diqqət etməli sualı bütün valideynləri maraqlandıran mövzudur. Uşaq arabası, körpə doğulmazdan əvvəl hazırlıqların ilk mərhələsində tamamlanması tövsiyə olunan bir ehtiyacdır. Körpələrin evdən kənarda rahat yatması və dincəlməsi üçün tövsiyə edilən uşaq arabaları ailələrin ən böyük köməkçiləridir. Uşaq arabaları tövsiyə edilərkən hər büdcəyə və hər gözləntiyə cavab verən modellər tövsiyə edilir. Yüzlərlə modeli və fərqli etiketli uşaq arabası markaları ailələrə uzun ömürlü modellər təqdim edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Ən məşhur modellər uşaq arabası olan səyahət sistemi avtomobilləridir. Bu tip uşaq arabaları doğumdan sonra orta…
Daha çox“SOCAR Green” Azərbaycanda “yaşıl avadanlıq”ların istehsalı üzərində çalışır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti Azərbaycanda “yaşıl avadanlıq”ların istehsalı üzərində çalışır. SİA xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib. Onun sözlərinə görə, şirkət Azərbaycanda “yaşıl enerji”də istifadə olunacaq avadanlıqların istehsalının təşkili üzərində işləyir: “Müəyyən texniki-iqtisadi əsaslandırma tədqiqatları aparırıq. Lakin bunun daha genişmiqyaslı iqtisadi tərəfləri var. Azərbaycanın kiçik ölkə olmasına görə belə istehsal üçün yalnız Azərbaycanı hədəfləmək bir qədər çətin ola bilər. Bu, daha geniş miqyas tələb…
Daha çoxOrdumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Daha çoxİsrail Azərbaycanı təbrik edib
İsrail səfirliyi Azərbaycanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, İsrail-Azərbaycan münasibətləri üç onillikdə möhkəm təməl üzərində qurulub: “Enerji sahəsindən tutmuş innovasiyalara qədər bu tərəfdaşlıq zaman keçdikcə daha da güclənir”.
Daha çoxToy adət-ənənələrimiz niyə unudulur?
Azərbaycan toyları hər zaman özəlliyi ilə seçilib. Amma son illər toylar əsasən “qonşudan geri qalmamaq” prinsipi üzrə keçirilir. Gözəl toy adətlərimiz tədricən itib-batır, unudulur. Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Şəhər sakini Yeganə Feyziyeva: “Adətlərimiz unudulur. İndiki gənclər, yəqin ki, fərqli keçirmək istəyirlər. İndi qohumlara az söz verilir. Məncə, az verilsə yaxşıdır. Çünki toyun vaxtından gedir. Bu toydur, oynamaq, əylənmək lazımdır. Toyun marağı elə oynamaqdadır. Son zamanlar toylarda ən çox Azərbaycan Himni ilə bəylə…
Daha çoxMədəni sərvətlərə vahid qaydada pasport veriləcək
Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək. SİA xəbər verir ki, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişiklik layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Azərbaycan Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət…
Daha çoxMülki aviasiya işçilərinin sığorta stajlarının hesablanması qaydasını NK müəyyən edəcək
Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti (NK) müəyyən edəcək. SİA xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir. Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir. Qanuna təklif edilən dəyişikliklə bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasının da…
Daha çoxBritaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ağdam və Cəbrayıl rayonlarında baş verən mina hadisələri ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, Böyük Britaniya ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda mina sahəsində çalışan insanların işini, təhsilini və zərərçəkənlərə yardımı dəstəkləyir. Xatırladaq ki, azad edilən ərazilərdə son günlər baş vermiş mina və hərbi sursat partlayışı nəticəsində bir hərbçi həlak olub, dörd mülki şəxs yaralanıb.
Daha çox