Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq. SİA xəbər verir ki, kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək. 100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş…

Daha çox

Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Bu barədə SİA Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir. S.Qafarova Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır. Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir. Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər…

Daha çox

DSMF sədri vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Fondun Qəbul Mərkəzində Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bi barədə DSMF məlumat yayıb. Bildirilib ki, qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər. Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

Daha çox

Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. SİA-nın verdiyi məlumata görə, bu mərhələdə kəndə 53 ailə – 185 nəfər köçürülür. Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə – bu il aprelin 5-də isə kəndə 53 ailə – 174 nəfər köçürülüb.

Daha çox

Dələduzluq hansı halda cinayət məsuliyyəti yaradır?

”Dələduzluq mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri olmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsində nəzərdə tutulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib. Aysel Əhmədova sözlərinə belə davam edib: “Başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Qeyd edək ki, dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması…

Daha çox

Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq

Mayın 13-16-də Bakı Ekspo Mərkəzində keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq. Bu barədə SİA KOBİA-ya istinadən xəbər verir. Məlumata görə, sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik…

Daha çox

Bəzi şəxslərin əmək pensiyası dövlət büdcəsindən ödəniləcək

Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir. SİA xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir. Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən…

Daha çox

“Avropanın bir neçə dövlətləri qərəzli davranışından əl çəkmir”

“Azərbaycan xarici siyasət doktrinasından asılı olaraq balanslaşdırıcı siyasətə üstünlük verir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi və siyasi maraqlarını balanslaşdırır. Yəni böyük güclərin təsirində deyil, ölkəmiz böyük güclərin maraqları ilə Azərbaycanın maraqlarını uzlaşdırmaqdadır. Bu baxımdan Azərbaycan ilə Avropa arasında iqtisadi sahədə geniş bir əməkdaşlıq var. Avropanın 10-a yaxın dövləti Azərbaycanı enerji təhlükəsizliyi ilə təmin etmək üçün müqavilələr bağlayıb və bu sahədə iqtisadi maraqlarını uzlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, iqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bağlılığı var: “Azərbaycanın Avropa dövlətləri…

Daha çox

“Bu təfəkkürlə meymunlar da telefondan istifadə edə bilər”

“İnternet, telefon asılılıqları uşaqların həm koqnitiv proseslərinin inkişafına, həm tərbiyəsinə, həm də bir şəxsiyyət kimi vəmiyyət reallaşmasında çətinliklər törədir. Bu faktdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib. Psixoloq sözlərinə belə davam edib: “Nəinki uşaqlar, eyni ilə böyüklər də bu asılılıqdan əziyyət çəkir, onların şəxsi həyatında problemlər, iş həyatında isə produktivliyinin qarşısını alır. Əsas amil telefondan, sosial şəbəkələrdən istifadə nəzarət altında olmalıdır. Yəni konkret rejimlə. Yeniyetmənin kəskin şəkildə telefona qadağa qoysaq aqressiya ilə üzləşə bilərik. Bu halı yaşamamaq üçün ilkin növbədə telefonun zərəri, onun mənfi tərəfləri, eyni zaman müsbət…

Daha çox

“Kənd təsərrüfatının inkişafı üçün müxtəlif dövlət proqramları var”

“Kənd təsərrüfatında istər əkinçilik, istərsə də heyvandarlıq baxımından vəziyyət o qədər də ürək açan deyil. Əyani sübut olaraq marketlərdə gündəlik vətəndaş bunu görür. Hansısa qurupaxlalı məhsulun arxasını çevirsən ya Türkiyə, ya Rusiya yazacaq, yəni istehsal ölkəsi və ya mənşəyi o ölkələr olacaq. Bununla yanaşı meqalapolisləşmə problemi də var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. Onun sözlərinə görə, heç kəs kənd təsərrüfatı ilə məşğul olmaq istəmir, hamı Bakıda məskunlaşmaq istəyir: “Kənd təsərrüfatı həm zəhmətlidi, həm də innovativ cəhətdən inkişaf etməyib. Əslində bununla əlaqəli dövlət proqramı olsa daha yaxşı…

Daha çox