Qondarma “soyqırım” və İKİÜZLÜLÜK

Qondarma “erməni soyqırımı” cəfəngiyyatının yenə də ortalığa atılması artıq ikrah doğurur. Məhz erməni lobbisinin təsiri altında olanların alətə çevrilərək, hayların uydurmalarının, yalanlarının ayaq tutub yeriməsi üçün “canfəşanlıq” etmələri həqiqətən də həddindən artıq utancvericidir. Xüsusən də Amerika kimi nəhəng bir dövlətdə konqresmenlərin Ermənistan kimi cılız bir ölkənin əsassız iddialarına nökər kimi “qulluq” etmələri onların rəzalətidir. Əqidəsini satanlar da təəssüf ki, olur və məhz belələri ABŞ konqresi üçün üz qarası sayılmalıdırlar Diqqətə çatdıraq ki, bir qrup konqresmen qondarma “erməni soyqırımı” ilə bağlı guya maarifləndirici proqram hazırlayan qanun layihəsi təqdim edib. Yəni, məhz…

Daha çox

“ABŞ Çinə görə ildə yüz milyardlarla pul itirir…”

ABŞ prezidenti Donald Tramp ABŞ-ın ticarət kəsiri aradan qaldırılacağı təqdirdə Çinlə razılaşmaya hazırdır. SİA-nın məlumatına görə, Vaşinqton Çinə görə ildə yüz milyardlarla dollar itirir. Tramp vurğulayıb ki, bu problem həll olunmasa, o, sövdələşməni bağlamayacaq. Amma artıqlığı ilə bağlı məsələ həll olunarsa, sövdələşməyə hazırdır. Ağ Ev rəhbəri Çinin “böyük zərər gördüyünü” təkrarlayıb. Xatırladaq ki, aprelin 2-də Tramp digər ölkələrdən idxal olunan mallara qarşılıqlı tariflərin tətbiq ediləcəyini açıqlayıb. Əsas minimum dərəcə 10 faiz təşkil edir. Amma faktiki olaraq hər bir ölkə daha yüksək dərəcələrlə üzləşəcək. O qeyd edib ki, tariflərin tətbiqi ABŞ…

Daha çox

Küləkli hava şəraiti ilə bağlı sarı

Aprelin 8-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha çox

Kənd təsrrüfatında fermerlərə dəstək hansı dərəcədə edilir?

Kənd təsərrüfatının inkişafı hər bir ölkənin iqtisadiyyatında strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Azərbaycanda da bu sektora xüsusi diqqət yetirilir, fermerlərin dəstəklənməsi, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Lakin tətbiq olunan güzəştlər və subsidiya mexanizmləri fermerlərin real ehtiyaclarını tam ödəyirmi? Fermerlər onlara ayrılan dəstəklərdən tam şəkildə faydalana bilirmi? SİA mövzu ilə bağlı reportaj hazırlayıb. Vüqar Hüseynov (kənd təssarufatı Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri): “Ölkəmizdə kənd təssarüfatına dəstək məqsədilə həyata keçirilən dövlət dəstək mexanizimləri subsidiyalar və aqrar sığorta formasındadır. Aqrar subsidiya forması artıq…

Daha çox

Azərbaycan etibarlı enerji təchizatçısı və tərəfdaş kimi Avropa ölkələrində tanınır

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Dövlətimiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropa ölkələrində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə vacib rola malikdir. Cənub…

Daha çox

Belində keçirlən Sammitdə əllilliyi olan şəxslərin problemləri müzakirə edilib

Berlində Vətəndaş Cəmiyyəti Forumu və Global Əlillik Sammiti keçirilib. Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqından SİA-ya verilən məlumata görə, sammit əlilliyi olan şəxslərin cəmiyyətdə səslərini birləşdirmək, təcrübələrini bölüşmək və tərəfdaşlıq yaratmaq məqsədilə təşkil edilib. 100-dən çox ölkədən 3 mindən çox nümayəndənin iştirak etdiyi sammitin açılış mərasimindən sonra “İnklüziv humanitar dəstək”, “Əlilliyi olan şəxslərin hüquqları” mövzularında panel müzakirələri aparılıb. Forumda ölkəmizi Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və təşkilatın əməkdaşı Nədimə Rəhimli təmsil edib. Sammitin iştirakçıları arasında həmçinin Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və “Cəmiyyətin İnkişаfı…

Daha çox

“Sülhü pozan təxribatçı addımlara son qoyulmalıdır”

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr irəli sürür. Çünki Azərbaycanın əsas tələbləri ATƏT-in Minsk Qrupunun buraxılması, eyni zamanda Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Lakin burada Ermənistan sülh ilə bağlı manipulyasiyalarını davam etdirir. Həmçinin sürətli silahlanma və Azərbaycana qarşı müxtəlif şər və böhtan kampaniyalarının həyata keçirilməsinin də şahidiyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, bir tərəfdən müşahidələrimiz göstərir ki, Qarabağın Ermənistanda olan nümayəndəliyi də bağlanılmayıb: “Onun bəzi vaxtlar müxtəlif tədbirlər həyata keçirdiyini də görürük və eyni zaman Ermənistan parlamenti…

Daha çox

“Yaradılan sənaye parkları 7 illik vergi güzəştləri verir”

“Regionlarda yaradılan sənaye parklarının real iqtisadi təsiri ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft ixracı ümumi ixracın 10%-i ətrafındadır. Yəni bu göstərici keçmir. 2015-ci ildə də belə idi, hətta 2000-ci illərin əvvəllərində də belə idi. Baxmayaraq ki, son 10-15 ildə qeyri-neft ixracının artırması ilə bağlı fikirlər deyirik. Keçən il 0,4% qeyri-neft ixracı artıb. Nəzərə alsaq ki, bizim qeyri-neft ixracımız onsuz aşağıdır, Qafqazda adam başına qeyri-neft ixracı qoysaq, orada ən az qeyri-neft ixrac edilən ölkə olacayıq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, təbii ki, regionlarda yaradılan sənaye…

Daha çox

““Böyük Qayıdış” prosesi davam edir”

“Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Böyük Köç prosesi davam edir”. Bunu SİA-ya Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra dövlətimiz bütün gücünü və enerjisini məhz torpaqlarımızın bərpasına, infrastruktur xətlərinin layihələrinin tez bir zamanda ərsəyə gəlməsinə və vətəndaşların geri dönüşünə sərf edib: “Bu gün artıq 12 min nəfərdən çox keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşıb, geri dönüb. Ancaq ümumilikdə orada işləyən, fəaliyyət göstərən insanları nəzərə alsaq, bölgədə artıq çoxsaylı insan yaşayır və çalışır. Bu da bir daha təsdiq edir ki, “Böyük…

Daha çox

“Əgər ailəsini kariyerasına qurban verirsə,…”

“Kariyera məsələsini bizim cəmiyyətə gətirib sırıyandan sonra qadınların işləmək uğruna ailə qurmaqdan imtina etməsi, övladına baxmaq, süd vermək istəməməsi və s. bu kimi problemlərin əsasını qoydular”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, qadın indi fikirləşir ki, ailə qursa, bugünə qədər təhsilinə qoyduğu kapital batacaq: “Başı ailəyə qarışacaq, ondan sonra dalbadal uşaqlar dünyaya gələcək, planları suya düşəcək, təhsilinə qoyduğu kapitalı geri qazana bilməyəcək, təhsilinə verdiyi enerjini itirmiş olacaq, kariyerası alınmayacaq. Bir sözlə, elə düşünür ki, həyatı məhv olacaq. Çünki kariyerası olmayan qadınları müəyyən qlobal qüvvələr, qeyri-rəsmi…

Daha çox