Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək

Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək. Bu barədə SİA Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir. Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

Daha çox

Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədir. Bu gün Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Cəbrayıl və Ağdamda baş vermiş mina hadisələrinə reaksiyasında qeyd olunub. Bildirilib ki, 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi…

Daha çox

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər və Yasamal rayonlarında qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə aprelin 7-də saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Atçılıq yaşayış massivində, Yasamal rayonunun isə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

“Brent” neftinin qiyməti 64 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 2.49% azalaraq 1 barelə görə 63,95 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2.56% azalaraq 60,40 ABŞ dollarına bərabər olub.

Daha çox

Korrupsiya işində daha bir nəfər tutuldu

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya işi çərçivəsində daha bir nəfər tutulub. SİA TRT-yə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində reklam şirkətinin sahibi Kaan Ketenci tutularaq həbs olunub. Kaan Ketenci Şimali Kiprdə saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsində ifadəsi alınan şübhəli barədə məhkəmə həbs qərarı çıxarıb. Qeyd edək ki, İstintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu da daxil olmaqla ümumilikdə 100 nəfər haqqında “cinayətkar təşkilat qurmaq və ya ona üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” və “tenderə müdaxilə”…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 10. 28…

Daha çox

50-dən çox ölkə Tramp administrasiyasına müraciət edib

50-dən çox ölkə ticarət məsələsində danışıqlar aparmaq üçün Donald Tramp administrasiyasına müraciət edib. SİA xəbər verir ki, bunu ABŞ Prezidentinin müşavirlərindən Kevin Hasset televiziyaya müsahibəsində bildirib. Hasset müraciət edənlərin gömrük tarifləri ilə bağlı müzakirə aparmaq istədiklərini deyib. ABŞ-ın Ticarət naziri Hovard Lutnik bildirib ki, “başqa dövlətlər yeni rüsumlardan müxtəlif yolla yayına bilməsin deyə, pinqvinlərin məskunlaşdığı adalar belə, siyahıya daxil edilib”. Müqayisə üçün qeyd edək ki, Fransanın dənizaşırı ərazisi olan Reunyon adasından idxal edilən məhsullara 73 faiz rüsum tətbiq edilib. Bu da metropol Fransa ilə (20 faiz) müqayisədə dəfələrlə çoxdur.

Daha çox

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilibki,Ş havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu…

Daha çox

Abxaziya və Osetiya ilə birləşəcəyik!

Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür. SİA xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib. “Düşünürəm ki, ərazi bütövlüyünün bərpası realdır – əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür”, – Kobaxidze bildirib.

Daha çox

Şimali Koreyada son 6 ildən sonra ilk yaşandı

Aprelin 6-da Pxenyanda Beynəlxalq Pxenyan Marafonu keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi məlumat yayıb . Qeyd edilib ki, ənənəvi olaraq idmançılar tam marafonda (42 km 195 m) və yarımmarafonda (21 km 97 m), həmçinin 10 və 5 km məsafəyə yürüşlərdə iştirak ediblər. Marşrut KXDR paytaxtının mərkəzindən keçib. Marafona koreyalı idmançılar və həvəskarlardan əlavə 200-dən çox əcnəbi qatılıb, təşkilatçılar tərəfindən müəyyən edilmiş ciddi vaxt çərçivəsində qeydiyyatdan keçib şəhərə çatmağı bacarıb.

Daha çox