İndi bir ayının parçaladığı adama görə, 350 ayı öldürüləcək?


…Slovakiyanın baş naziri Robert Fiko deyib ki, insanların meşəyə girməyə qorxduğu ölkədə yaşamaq mümkün deyil. Bu qərara səbəb Banska Bistrica bölgəsindəki Detva şəhəri yaxınlığında baş verən insident olub.

Slovakiyanın Nazirlər Kabineti milli Qırmızı Kitaba daxil edilmiş yüzlərlə qonur ayını güllələmək qərarına gəlib.

SİA xəbər verir ki, BBC News-un məlumatına görə, Slovakiya hakimiyyəti ölkədə yaşayan 1300 ayıdan 350-ni məhv etmək niyyətindədir.

Ekoloji məhdudiyyətləri aradan qaldırmaq üçün bu heyvanların olduğu bölgələrdə fövqəladə vəziyyət tətbiq ediləcək.

Slovakiyanın baş naziri Robert Fiko deyib ki, insanların meşəyə girməyə qorxduğu ölkədə yaşamaq mümkün deyil.

Qeyd edək ki, bu qərara səbəb Banska Bistrica bölgəsindəki Detva şəhəri yaxınlığında baş verən insident olub.

Belə ki, ayı insanı parçalayıb və onun qalıqları martın 30-da tapılıb.

Hökumət hesab edir ki, ayıların sayının artması səbəbindən insanlara hücumlar tez-tez baş verib. Əvvəllər onlara daha az rast gəlinirdi, 1990-cı illərdə isə demək olar ki, tamamilə yox olmuşdu.

Bu gün Slovakiyada yaşayan ayıların əksəriyyəti Ukraynadan əhalisini bərpa etmək üçün gətirilən bir neçə fərdin nəslindəndir..?

Deyirəm, rus ayısı olmasın ey…

Nazlı Almuradova

Əlaqəli Xəbərlər