50-dən çox ölkə Tramp administrasiyasına müraciət edib


50-dən çox ölkə ticarət məsələsində danışıqlar aparmaq üçün Donald Tramp administrasiyasına müraciət edib. SİA xəbər verir ki, bunu ABŞ Prezidentinin müşavirlərindən Kevin Hasset televiziyaya müsahibəsində bildirib. Hasset müraciət edənlərin gömrük tarifləri ilə bağlı müzakirə aparmaq istədiklərini deyib.

ABŞ-ın Ticarət naziri Hovard Lutnik bildirib ki, “başqa dövlətlər yeni rüsumlardan müxtəlif yolla yayına bilməsin deyə, pinqvinlərin məskunlaşdığı adalar belə, siyahıya daxil edilib”.

Müqayisə üçün qeyd edək ki, Fransanın dənizaşırı ərazisi olan Reunyon adasından idxal edilən məhsullara 73 faiz rüsum tətbiq edilib. Bu da metropol Fransa ilə (20 faiz) müqayisədə dəfələrlə çoxdur.

Əlaqəli Xəbərlər