“Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox

NATO Baş Katibi Tayvanla bağlı sualdan yayınıb..?

NATO-nun baş katibi Mark Rutte Tayvan ətrafında münaqişənin kəskinləşməsi halında Asiya-Sakit okean ölkələrinin mümkün dəstəyi ilə bağlı suala birbaşa cavab verməyib. SİA xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb. …Gəlin, “əgər” suallarının təfərrüatlarına varmayaq. Nə soruşduğunuzu başa düşürəm, amma mən bunu daha da uzatmağım düzgün deyil, – deyə siyasətçi cavab verib. Buna baxmayaraq, Rutte qeyd edib ki, NATO və Asiya-Sakit okean ölkələri regiondakı vəziyyəti birgə qiymətləndirməyə davam edir. NATO-nun baş katibi Çinin artan hərbi fəaliyyətini də etiraf edib. Martın 19-da Tayvanın Müdafiə Nazirliyi illik hərbi təlimlər zamanı potensial…

Daha çox

Xankəndiyə dəmir yolu ilə gedəndə bu hekayəni xatırlayın

İndi bunu az adam xatırlayır ki, vaxtilə Xankəndidən Bakıya qatarla getmək mümkün idi. Hətta xüsusi vaqon var idi ki, insanlar birbaşa Moskvaya bilet ala bilirdilər. Sonra bu vaqon başqa qatara qoşulurdu. Biletin qiyməti cəmi 8-10 rubl idi. Bu dəmir yolunun tikintisinə hələ 1912-ci ildə başlanmışdı, lakin Birinci Dünya müharibəsi səbəbindən işlər dayandırıldı. İlkin olaraq planlaşdırılmışdı ki, Yevlax-Əsgəran-Xankəndi-Şuşa istiqamətində dəmir yolu çəkilsin. Yolun tikintisi yalnız 1942-ci ildə bərpa olundu və marşrut dəyişdirilərək Bərdə, Ağdam və Xankəndi istiqamətində aparıldı. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə litvalı jurnalist Riçardas Lapaytis…

Daha çox

Rusiyanın Krivoy Roqa hücumla bağlı ikiqat yalanı ifşa olunub?..

…Fransa mediası Rusiyanın ballistik zərbəsi anında Krivoy Roqdakı RoseMarine restoranının müşahidə kameralarından video yayımlayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nəhayət, rusların bu hücumla bağlı yalanlarını ifşa edilib. …Görüntüləri “Ukrayna 365” Telegram kanalında görmək olar. Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri ötən cümə günü, aprelin 4-də Krivoy Roqa “İsgəndər” ballistik raketi ilə zərbə endirib. Rusiya raketi həmin vaxt çoxlu sayda uşağın olduğu oyun meydançasına düşüb. Son məlumatlara görə, 9-u uşaq olmaqla 2 Onlarla mülki şəxs, o cümlədən azyaşlılar yaralanıb. Rusiya Müdafiə Nazirliyi hərbi cinayətə görə məsuliyyəti öz üzərinə götürərək,…

Daha çox

Nazir Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Aprelin 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Əbu-Dabi şəhərində bir sıra yüksəksəviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Daha çox

Tramp amerikalıları tariflərlə bağlı panikaya düşməməyə çağırıb

ABŞ prezidenti Donald Tramp amerikalıları Truth sosial şəbəkəsində tariflər qarşısında sakit olmağa çağırıb. …Zəif, axmaq olmayın. Panik partiyası olmayın Bunu Tramp yazıb. SİA-nın məlumatına görə, Ağ Evin rəhbəri ABŞ xalqına “güclü, cəsur və səbirli olmağı” tövsiyə edib. Və nəticənin böyüklük olacağını bildirib. …Onun şərhləri ABŞ fond bazarının koronavirus pandemiyası başlayandan bəri ən pis həftəsini keçirdiyi, birja indekslərinin 2024-cü ilin mayından bəri ən aşağı səviyyələrə düşdüyü bir vaxta təsadüf edir. Bu ərəfədə Avropa müdafiə şirkətlərinin səhmləri Avropa fond bazarlarının kütləvi şəkildə çökməsinə reaksiya verib. Almaniyanın Rheinmetall AG şirkəti xüsusilə ağır zərbə…

Daha çox

“Azərbaycanın “İbrahim razılaşması”na qoşulacağı günə ümidliyik”

Azərbaycan, İsrail və ABŞ-ın faydalanacağı “İbrahim razılaşması”na Azərbaycanın qoşulacağı günün ən qısa zamanda gələcəyinə ümidliyik. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi, jurnalist Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-da yayımlanan “Jewish Press”də dərc olunmuş “Azərbaycanın geostrateji potensialı və İbrahim razılaşması” başlıqlı məqaləsində yazıb. Yazıda razılaşmaya imza atan Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin maliyyə imkanlarına və İsrailin innovativ texnologiyalarına Azərbaycanın geosiyasi üstünlüklərinin əlavə olunmasının bölgədə sülhə və təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib. ABŞ və İsrailin bölgədə davamlı…

Daha çox

Macarıstan AB-nin Tramp tariflərinə verdiyi reaksiyaya qarşıdır..?

Budapeşt ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətinə cavab olaraq Avropa İttifaqının tariflər tətbiq etməsinə qarşıdır. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib. Nazirin sözlərinə görə, Brüssellə Vaşinqton arasında münasibətlərdə mövcud vəziyyət Avropa Komissiyasının səhvi ucbatından yaranıb. …Biz özümüzə artıq etdiyimiz kimi zərər verməməliyik. Biz çarəni yeni tariflərin tətbiqində deyil, danışıqlarda görürük,- deyə izah edib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri respublikanın ABŞ-dan gələn mallara rüsumların tətbiqinə qarşı olduğunu vurğulayıb, çünki bu, Avropa və Avropa İttifaqı bazarında əvvəllər nəzərdə tutduğu kimi, bu,…

Daha çox

Finlandiya Ukraynada sülh üçün gözlənilməz çağırış etdi…

Helsinki Universitetinin professoru Tuomas Malinen deyib ki, Avropa liderləri Ukrayna münaqişəsini alovlandırmağı dayandırmalıdırlar. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Professor vurğulayıb ki, baş verənlərə və Ukrayna əsgərlərinin başına gələcəklərə görə məsuliyyət daşıyan Avropa elitasıdır. …Emmanuel Makron, Aleksandr Stubb, Keir Starmer, Donald Tusk, Almaniya kansleri və başqalarına mesajım: təslim olun və Ukraynaya sülh gələcək. Digər variant isə Ukrayna Silahlı Qüvvələrinin təslim olmasıdır. Malinen qeyd edib. …Professor bir qədər əvvəl demişdi ki, Qərb dövlətləri Rusiyanın Ukraynadakı məqsədlərinə qulaq asmalıdırlar. Professor Malinen Qərbi Rusiyanın Ukraynadakı məqsədlərinə qulaq asmağa çağırır. Əli Babayev

Daha çox

QH Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb

Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə aprelin 7-də parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib. Milli Məclisdən SİA-ya bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb. Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan imzalayıblar. Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı…

Daha çox