Ukrayna Silahlı Qüvvələri Toretsk istiqamətində – Donetsk vilayətinin Çasov Yar şəhəri ərazisində taktiki mövqelərini təkmilləşdirib.
SİA-nın məlumatına görə, DS yazır ki, bu barədə Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk televiziyada danışıb.
Cəbhənin bu hissəsində döyüşlər davam edir.
Bu yaxınlarda Ukrayna qoşunları Çasovıy Yar yaxınlığında əks hücuma keçib.
…Bir neçə ay, hətta bir ildən artıqdır ki, ilk dəfə Ukrayna Müdafiə Qüvvələri burada zirehli texnikadan istifadə edib. Orada bir neçə tank, zirehli texnika var idi. Biz müəyyən taktiki mövqeləri təkmilləşdirməyə imkan verən əks-hücum əməliyyatları həyata keçirdik, – deyə Bratçuk bildirib.
Onun sözlərinə görə, cəbhədəki vəziyyət dinamik olaraq qalır, Rusiya qoşunlarının müxtəlif istiqamətlərdə hücumları davam edir.
Əli Babayev