…Məşhur teatr və kino aktrisası Taisiya Litvinenko bazar günü, aprelin 6-da 91 yaşında vəfat edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ukraynalı aktrisa Rimma Zyubina Facebook-da məlumat verib.
…Əbədi və parlaq xatirə! Taisiya İosifovna Litvinenko. Ailəsinə başsağlığı verirəm! – o yazıb.
Mərhum ən böyük şöhrətini “İki dovşanı qovmaq” sovet komediyasında Ximka rolunu oynadıqdan sonra qazanıb. Litvinenko həm də Lvov Milli Dram Teatrının ulduzu olub.
Nazlı Almuradova