Ərdoğan ABŞ-a gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyə mallarına rüsumları müzakirə etmək üçün ABŞ-a səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri nəlumat yayıb. Ərdoğanın ABŞ-a səfər planlarını Türkiyənin ticarət naziri Ömər Bolat açıqlayıb. Xatırladaq ki, aprelin 2-dən etibarən ABŞ-da türk mallarına 10% rüsum tətbiq edilir. “Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi balanslaşdırılmışdır, ABŞ üçün əlverişsiz heç bir vəziyyət yoxdur, ona görə də yumşalma ola bilər”, – deyə türkiyəli jurnalistlər bildiriblər.

Daha çox

ABŞ-ı etiraz dalğası bürüdü

Amerika Birləşmiş Ştatlarında Prezident Donald Trampın inauqurasiyasından sonra onun siyasətinə qarşı ən böyük etiraz aksiyaları keçirilib. SİA xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. Bütün ştatlarda minlərlə insan küçələrə toplaşıb. Etirazçılar arasında müxtəlif icmaların nümayəndələri də var. Burada həmkarlar ittifaqları və ekoloqlar yer alırlar. Onların arasında Fələstinin və LGBT hərəkatının tərəfdarları da var. Nümayişçilər Ağ Evin bu yaxınlarda tətbiq etdiyi tariflərə etiraz edirlər. Etirazlardan bir gün əvvəl ABŞ-ın keçmiş Prezidenti Barak Obama və keçmiş vitse-prezident Kamala Harris baş verənləri mənfi qiymətləndirərək çıxış ediblər. Trampın tətbiq etdiyi tariflərin nəticələrindən…

Daha çox

Döyüşə polislər göndərilir…

Rusiya kəskin canlı qüvvə çatışmazlığı səbəbindən hücumlarda hərbi polisdən istifadə etməyə başlayıb… …Rusiya Silahlı Qüvvələrinin böyük itkiləri və müqaviləli əsgərlərin sayının az olması Kremli ekstremal tədbirlər görməyə vadar edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ruslar indi “elita”nı, yəni hərbi polisi döyüşə atmağa başlayıblar. Dialoq.UA xəbər verir ki, bu barədə məlumat aprelin əvvəlində Z-kanallarında peyda olub. …Bütün cəbhədə hərbi polislərin tədricən hücumlara göndərilməsi tendensiyası müşahidə olunur. Bütün istiqamətlərdə getdikcə daha az insan var. Aydındır ki, müqavilə imzalamaq istəyən insanların axını bizim istədiyimiz qədər deyil.…

Daha çox

“Ay camaat, süni intellekt gəlib Sizi iş yerinizdən məhrum edəcək..?”

BMT ekspertləri hələ ki, hesablayıblar..? …Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Agentliyi süni intellektin bazar dəyərinin 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağını proqnozlaşdırır,..amma… lakin bu texnologiyanın faydaları hələ də ciddi sual altındadır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. …Süni intellekt bazarının kapitallaşması, məhsuldarlığın artımını təmin edən və rəqəmsal transformasiya üçün hərəkətverici qüvvəyə çevrilən texnologiya ilə təxminən Almaniya iqtisadiyyatının ölçüsünə bərabər olacaq. Deyim ki, bu, agentliyin dərc edilmiş hesabatında deyilir. Bununla belə, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf…

Daha çox

Skeletlər…Sodom və Qomorranın Yer üzündən silinmə sirrini açırlar

…Tədqiqatçılar yanmış üzvi maddələr və küldən ibarət 1,5 metrlik təbəqə tapmağa nail olublar. Arxeoloqlar istidən az qala şüşəyə çevrilmiş saxsı qab qırıqları və yüksək temperaturdan köpürməyə başlayan kiçik çiy kərpic parçaları aşkar ediblər. …Alimlər sakinlərinin günahlarına görə Allah tərəfindən dağıdılan qədim Sodom və Homorra şəhərlərinin fraqmentlərini təhlil ediblər. Məlum olub ki, hər iki şəhər yuxarıdan 12-23 meqaton gücündə partlayış nəticəsində yer üzündən silinib. Əslində bunu əfsanə kimi qələmə versələr də, amma qeyd edilməlidir ki, bu partlayış təxminən 1,5-2 sovet “Çar bombası”nın partlaması deməkdir. …“Scientific Reports” jurnalının məlumatına görə, tədqiqatçılar yanmış…

Daha çox

Rusiya Mərkəzi Bankının ödəniş sistemi iki həftə ərzində ikinci dəfə düşüb…

Aksiyalar iri şəhərlərdə – Moskva və Sankt-Peterburqda, eləcə də bir sıra regionlarda baş verib… …“The Moscow Times” yazır ki, bütün Rusiya üzrə istifadəçilər Sürətli Ödəniş Sisteminin işində fasilələrlə, həmçinin “Alfa-Bank” və “T-Bank”ın onlayn xidmətlərindən istifadə problemi ilə üzləşiblər. SİA-nın məlumatına görə, bunu rəqəmsal xidmətlərin real vaxt rejimində işinə nəzarət edən Downdetector portalının məlumatları sübut edir. …Sürətli Ödəniş Sistemində nasazlıqlar böyük şəhərlərdə – Moskva və Sankt-Peterburqda, həmçinin Sverdlovsk, Nijni Novqorod, Tver və Çelyabinsk vilayətlərində qeydə alınıb. Qeyd edilir ki, bu, sistemdə ilk problem deyil: əvvəlki böyük…

Daha çox

İstanbulda Azərbaycanın Novruz adətləri nümayiş etdirilib

İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunda “Novruz adətləri” mövzusunda konfrans və konsert proqramı keçirilib. SİA xəbər verir ki, tədbir İstanbulda fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil edilib. Mərasimdə iştirakçılara “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan ruzigarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər tərəfindən Novruz bayramı ilə bağlı adətlərimiz və bu ənənələri əks etdirən filmlərdən fraqmentlər toplusu təqdim olunub. Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından Novruz bayramı ilə bağlı bölümü səsləndirən Səidə Ömər çıxışında Qarabağ Zəfəri haqqında danışaraq artıq bir neçə ildir Novruz bayramının Şuşada qeyd edilməsinin sadəcə Azərbaycanın…

Daha çox

“Niyə müsəlman olmayaq..?”

…Türk imamı Əmrə Şahinin dediyinə görə, son 3,5 ildə 90 alman İslam dinini qəbul edib. (…məncə bu, yaşadığı ərazidə İslam dinini qəbul etmiş almanları nəzərdə tutur, şünki…-A.B.) Hələliklə, SİA bunu “Sabah” nəşrinə istinadən xəbər verir. …Deməli, Əmrənin indi 33 yaşı var. Berlində anadan olub, lakin 20 yaşında təhsil almaq üçün əvvəlcə İstanbula, sonra İordaniyaya gedib. Almaniyaya qayıtdıqdan sonra Mədinə məscidində imamlıq etməyə başlayan Əmrə daha sonra Kreuzberg rayonundakı Mövlana məscidində xidmətə keçib və son 3,5 ildə burada çalışıb. Əmrə Şahin türk, alman və ərəb dillərini mükəmməl bilir. O, cümə xütbəsini…

Daha çox

ABŞ yeni nüvə hücumu sualtı qayığını istismara verib

ABŞ Hərbi Dəniz Qüvvələri yeni “Virginia Block” IV sinif “USS Iowa” (SSN 797) nüvə hücum sualtı qayığını istifadəyə verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasim Konnektikut ştatının Nyu-London şəhərindəki dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 1600 km mənzilli 12 “Tomahawk” qanadlı raketləri ilə təchiz edilib. Nüvə sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə enişə və 25 düyündən çox sürətə çata bilir. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda müxtəlif modifikasiyalı “Virginia” sinifli 23 hücum sualtı qayığını idarə edir. Hərbi Dəniz Qüvvələrində,…

Daha çox

AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb. SİA xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Çətin keçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb. AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir. Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır. Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri…

Daha çox