Tədqiqatçılar yaşlanmanın sümük hüceyrələrinin funksiyasına təsirini öyrəniblər

Yeni tapıntılar osteoporoz və yaşa bağlı sümük itkisi ilə mübarizədə ümidverici perspektivlər vəd edir. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, osteositlər – sümüklərin əsas tənzimləyici hüceyrələri – yaşlandıqca struktur və funksional dəyişikliklərə məruz qalaraq sümük sağlamlığının pozulmasına səbəb ola bilər. Austin Texas Universitetinin rəhbərlik etdiyi və Mayo Clinic ilə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilən yeni tədqiqat osteositlərdə yaşla bağlı baş verən dəyişiklikləri araşdıraraq sümük toxumasının zəifləməsinin əsas səbəblərindən birini üzə çıxarıb. Tədqiqat göstərir ki, yaşlanma və xroniki stress osteositlərdə hüceyrə qocalmasına – hüceyrələrin bölünməyi dayandırdığı, lakin hələ…

Daha çox

Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

Səmərqənddə keçirilən sammitdə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. SİA “Euronews”a istinadla xəbər verir ki, sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Trans-Xəzər nəqliyyat dəhlizinə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılmasına imkan verəcək. Sammitin hər iki ildən bir keçirilməsi ideyası da dəstəklənib. Qeyd edək ki, Avropa İttifaqı Səmərqənddə keçirilən iki günlük…

Daha çox

ABŞ-ın mərkəzində daşqınlar 16 nəfərin həyatına son qoyub

ABŞ-ın mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olub, azı 16 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb. Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib. Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Daha çox

Bu günə olan hava PROQNOZU

Bu gün ölkə ərazisində 27 dərəcə isti müşahidə olunacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.…

Daha çox

ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ən azı 70 husi öldürüldü

Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. SİA xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib. Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.

Daha çox

Almaniyanın ən məşhur gölü quruyur

Almaniyanın cənubunda, İsveçrə və Avstriya ilə sərhəddə yerləşən Boden gölü qurumaq təhlükəsi ilə üzləşib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, göldə suyun səviyyəsi xeyli aşağı düşüb və su sahildən geri çəkilib. Gölün cənub hissəsində suyun səviyyəsi son 40 ilin ən aşağı göstəricisinə çatıb. Gölün sahilindəki Konstanz şəhərində suyun səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 70 santimetr daha aşağıdır. Hazırda suyun dərinliyi 2,73 metrdir. Bu, hazırkı dövr üçün çox aşağı göstəricidir. Konstanzdan təxminən 12 kilometr qərbdə yerləşən Mannenbax limanı tamamilə quruyub. Ekoloqlar Boden gölünün son illərdə heç vaxt indiki…

Daha çox

Türk dünyasının mədəniyyət paytaxtında 100 min nəfərin iştirakı ilə möhtəşəm açılış mərasimi

Aktau şəhərində 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə möhtəşəm qala-konsert keçirilib. SİA xəbər verir ki, bu əlamətdar tədbiri izləyənlərin sayı təxminən 100 min nəfər olub. Tədbirin açılış mərasimində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Dövlət başçısının müraciətində deyilir: “Tarixi Manqıstau torpaqları və zəngin Üstyurt bölgəsi türk sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Bu müqəddəs torpaq xalqımızın və bütün türk dünyasının əsrlər boyu formalaşmış mənəvi irsini qoruyub saxlayır. Ənənələri və tarixi ortaq olan xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi bizim…

Daha çox

“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Gürcüstanın nüfuzlu apsny.ge və sputnik-georgia.ru portalları aprelin 4-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış “Yaşıl enerji dəhlizi” haqqında memorandum barədə xəbərlər yayıblar. SİA xəbər verir ki, memorandumun əhəmiyyəti barədə oxuculara məlumat verilir. Bildirilir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirlikləri yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumu imzalayıblar. Memorandum dörd ölkə arasında transsərhəd elektrik enerjisi infrastrukturu sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək. Memorandumun məqsədi yaşıl elektrik enerjisi sahəsində birgə layihələrin təşviqi, müvafiq enerji infrastrukturunun yaradılması, bilik və texnologiya mübadiləsi, qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi…

Daha çox

ABŞ yeni nüvə hücumu sualtı qayığını istismara verdi

ABŞ Hərbi Dəniz Qüvvələri yeni “Virginia Block” IV sinif “USS Iowa” (SSN 797) nüvə hücum sualtı qayığını istifadəyə verib. SİA xarici mediaya istinadla xəbər verir ki, mərasim Konnektikut ştatının Nyu-London şəhərindəki dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 1600 km mənzilli 12 “Tomahawk” qanadlı raketləri ilə təchiz edilib. Nüvə sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə enişə və 25 düyündən çox sürətə çata bilir. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda müxtəlif modifikasiyalı “Virginia” sinifli 23 hücum sualtı qayığını idarə edir. Hərbi Dəniz Qüvvələrində,…

Daha çox